Azərbaycan tarixində çoxlu cəsur və qətiyyətli qadın şəxsiyyətlər olub. Bu qadınlar müxtəlif dövrlərdə ictimai, siyasi və mədəni sahələrdə nüfuz sahibi olub, ölkələrinin tərəqqisinə töhfələr veriblər.

Azərbaycanın cəsur xanımları müxtəlif dövrlərdə yaşasalar da, ümumilikdə müəyyən ümumi xüsusiyyətlərə malikdirlər. Bunlara cəsarət, qətiyyət, liderlik qabiliyyəti, təhsilli olmaq və sosial dəyişikliklərdə fəal rol almaq kimi xüsusiyyətlər daxildir.

Cəsur qızların kitabı- arzularının ardınca getməkdə israrlı olan, inamlı qızların yol bələdçisidir.

Kitabda  Azərbaycan tarixində və mədəniyyətində mühüm yer tutan və iz qoymuş qadınlardan söhbət açılır.

Alinino.az onlayn satış platforması kitabda yer alan güclü Azərbaycan qadınlarından bəziləri ilə sizi tanış etmək istəyir.

Məhsəti Gəncəvi- XII əsrdə yaşamış farsdilli ədəbiyyatın ən görkəmli qadın nüma-yəndəsi, sufi Əxi təriqətinin üzvü olmuşdur.

Ziba Qəniyeva- İkinci Dünya müharibəsinin iştirakçısı, snayper, rabitəçi və kəşfiyyatçı. İkinci Dünya müharibəsindı o, 129 faşist məhv edib, göstərdiyi qəhrəmanlıq və şücaətə görə "Qırmızı Bayraq" ordeni, "Qırmızı Ulduz" ordeni və "Moskvanın müdafiəsinə görə" medalı ilə təltif edilib. Ziba Qəniyeva — ilk azərbaycanlı qadın snayperçidir.

Şövkət Məmmədova- Azərbaycanın ilk peşəkar qadın müğənnisi, ilk opera aktrisası, teatr xadimi. SSRİ xalq artisti (1938), Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir.

Qəmər Almaszadə- Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti (1959). O, 1953–1972-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında baş baletmeytser, 1972–1988-ci illərdə isə balet truppasının bədii rəhbəri olmuşdur.

Həmidə Cavanşir- Azərbaycanın ilk maarifçi qadınlarından biri, Cəlil Məmmədqulu-zadənin həyat yoldaşı, tarixçi Əhməd bəy Cavanşirin qızı, xeyriyyəçi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuş Qarabağın xeyirxah "Dəmir ledi"si.

Nigar Şıxlinskaya- İlk azərbaycanlı şəfqət bacısı, ilk ali təhsilli azərbaycanlı qadın. Birinci Dünya müharibəsində yaralılara tibbi yardım göstərən Qadın Komitəsinin sədri, General Əliağa Şıxlinskinin həyat yoldaşı.

Şəfiqə Axundova- Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (1998), "Şöhrət" ordeni laureatı (2005). Şərqdə ilk opera yazan qadın bəstəkar hesab olunur.

Şövkət Səlimova- İqtisad elmləri namizədi (1964), Qadın gəmi kapitanı, İkinci dünya müharibəsi dövründə dünyada iki qadın gəmi kapitanından biri olmuşdur.

Səkinə Axundzadə- İlk qadın dramaturq, yazıçı Mirzə Heybət Axundzadənin qızı. Səkinə xanım Azərbaycanın ilk qadın müəllimlərindəndir. Yazıçılıqla, o cümlədən dramaturgiya ilə də məşğul olmuşdur.

Salatın Əsgərova- Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilən Salatın Əsgərova, Azərbaycanın yeganə şəhid xanım jurnalistidir.

Leyla Məmmədbəyova- Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Ön Asiyada ilk qadın təyyarəçidir.

Xurşidbanu Natəvan- XIX əsr Azərbaycanın görkəmli şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi.

Ağabacı Rzayeva- Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimidir.

Zivər Tağıyeva- Azərbaycanlı Zivər xanım Tağıyeva Şərqin ilk heykəltəraş qadını olmaqla yanaşı gözəl skripka çalırdı. Dahi Üzeyir Hacıbəyov öz sevimli skripkasını məhz ona bağışlamışdır.

Bu qadınlar Azərbaycan tarixində və mədəniyyətində mühüm yer tutur və öz cəsarəti, qətiyyəti və cəmiyyətdə mövqeyi ilə digər qadınları ruhlandırırlar.