Bioqrafik kitablar, bir şəxsin həyatını, müstəqil fikirlərini, uğurlarını və çətinliklərini təsvir edən əsərlərdir. Bu kitablar müəlliflər tərəfindən müxtəlif üslub və təcrübələrlə yazıla bilər və oxuculara müəlliflərin təsvir etdikləri şəxsin həyatı ilə bağlı daha dərin bir anlayış verməyi məqsəd edir. Bioqrafik kitablar geniş bir spektruma sahib ola bilər və müxtəlif sahələrdə, tarixi şəxsiyyətlərdən mütəxəssislərə qədər fərqli mövzulara nail ola bilərlər.

Ən çox oxunan bioqrafik romanlar zamanla dəyişir və buna əsaslanaraq Alinino.az saytında oxucular tərəfindən bəyənilmiş və çox oxunan bir neçə bioqrafik romanları sizlərə təqdim edirik.

 

Hitler: insan, yoxsa şeytan?- Hitler kimdir? Çoxumuz elə düşünə bilərik ki, Hitlerin kim olduğunu yaxşı bilirik. Ancaq ilk baxışda belədir. İndiyədək oxuduğumuz kitablardan, saysız-hesabsız qəzet-jurnal məqalələrindən, baxdığımız filmlərdən biz yalnız Hitlerin yürütdüyü irqçilik siyasətini, bu idbar siyasətin qurbanı olan milyonlarla günahsız insanın taleyini, onun Avropa ölkələrini zəbt etməsini və əlbəttə, SSRİ-yə qarşı müharibəni öyrənmişik. Fürerin əsl təbiəti, daxili dünyası, intim həyatı, dini inancı kimi məsələlər isə hələ də sirr olaraq qalır. Bu sirri hətta Nürnberq prosesi də aça bilmədi. Məşhur fransız yazıçısı, tarixçi və publisist, gizli ezoterik elmlərlə məşğul olan Fransua Ribado Düma oxuculara Adolf Hitlerin şəxsiyyətinin indiyədək aşkar olunmamış bir tərəfini təqdim edir.

 

Lev Nikolayeviç Tolstoy haqqında xatirələr- Məşhur insanların şəxsi həyatı bütün dövrlərdə hamı üçün maraqlı olub. Həmin məşhuru başqa bir məşhurun baxış bucağından görmək isə ikiqat maraqlıdır. Bu mənada əlinizdəki kitabın dəyəri çox böyükdür. Burada gənc, istedadlı bir müəllif dahi Tolstoyla ünsiyyətini, ondan öyrəndiklərini səmimi duyğularla qələmə alıb.

 

Yaşamaq yanğısı- Bir sıra maraqlı tarixi-bioqrafik əsərlərin müəllifi olan İrvinq Stounun "Yaşamaq yanğısı" romanı əslən hollandiyalı olan  dahi rəssam Vinsent Van Qoqun həyatı haqqındadır.

 

Azərbaycan şairi Nizami- Nizami Gəncəvi dahi Azərbaycan şairidir. Görkəmli ictimai xadim Məmməd Əmin Rəsulzadə dahi Azərbaycan şairi Nizami Gəncəvi haqda olduqca maraqlı faktları açıqlamış, çox maraqlı faktlar təqdim etmişdir.

 

Stalin-  Macar alimləri L.Beladi və T.Krausun bu tarixi oçerki İosif Vissarionoviç Stalinə həsr olunub. Kitabda çoxsaylı qərb və Sovet mənbələrindən, sənədlərdən, tədqiqat materiallarından, publisistik və bədii ədəbiyyatdan istifadə olunub.

 

Stiv Cobs- Walter Isaacson-un “Stiv Cobs” kitabının əsasını Stiv Cobsun özü, həmçinin qohumları, dostları, düşmənləri, rəqibləri və həmkarları ilə söhbətlər təşkil edir. Cobs müəllifə ümumiyyətlə nəzarət etməyib. O bütün suallara tam səmimi cavab verib və digərlərindən də bu səmimiliyi gözləyib.

 

Henri Ford.Həyatım və işim- “Həyatım və işimkitabı avtobioqrafik əsərdir. Bu kitab ən böyük Amerika sahibkarlarından və iş adamlarından biri hesab olunan, avtomobil “kralı” Henri Fordun yüksəlişi və uğurlarından bəhs edir. “Ford Motor Company” XX əsrin əvvəllərində durğunluq dövründə yaransa da, qısa müddət ərzində avtomobil sənayesi sahəsində canlanma yarada bilmişdi. Əsərdə biznesin təşkili üçün söylənilən fəlsəfi fikirlər bu gün də öz aktuallığını qoruyub saxlayır

 

Nadir şah- İngiltərənin Kembric Universitetinin professoru Lourens Lokkartın «Nadir şah» monoqrafiyası «Asiyanın son sərkərdəsi»nə həsr olunmuş ən sanballı əsərdir. Qeyd etmək lazımdır ki, bu tədqiqat faktiki materialların zənginliyinə görə Nadir şah barədə yazılmış digər əsərlərdən daha sanballıdır.

 

Mənim Tarixçəm-  Stiven Hokinqin müstəsna dərə­cədə səmimi üslubda yazılmış avtobioqrafik bir kitabıdır. 21 yaşında, bu dünyada qısa müddət yaşayacağını proqnozlaşdıran dəhşətli tibbi diaqnoz qoyulmuş bir insan, dahi bir zəkanı ağır fiziki və mənəvi əzablara məhkum etmiş öz bəxtsiz taleyi ilə daimi mübarizədən ibarət olan həyatı haqqında danışır.

 

Frida Kahlo: eşq və qəm- Əsərdə iyirminci əsrin tanınmış simalarından olan inqilabçı və feminist Frida Kahlonun həyatı öz əksini tapmışdır. O, ruhunu qatdığı Meksika inqilabını öz doğum günü elan edəcək qədər fərqli, dünyaya gəlməyən oğluna ad qoyub təsəvvüründə onunla danışacaq qədər xəyalpərəst, əlil arabasına məhkum qaldığı halda belə sənətindən və həyatından imtina etməyən, daim mübarizə aparan bir qadın idi.

Bu, ən çox oxunan bioqrafik romanlar haqqında geniş bir siyahı deyil, sadəcə, Azərbaycan dilində müxtəlif mövzularda ən məşhur və bəyənilmiş bir neçə bioqrafik kitab nümunəsidir.