Masadaki kartlar

Издательство: Qanun Nəşriyyatı
Автор: Aqata Kristi
20 manatdan yuxarı sifariş edildikdə, Bakı üzrə çatdırılma pulsuzdur!
ISBN: 9789952268126
“Masadakı kartlar” detektiv yazıçı Aqata Kristinin bənzərsiz yaradıcılıq nü­munəsidir. Yazıçının məşhur qəhrəmanı Erkül Puaro lap əvvəldən hadisələrdə iştirak edir. Dəbdəbəli həyat sürən şeytan xislətli cənab Şaytana onu evindəki ziyafətə dəvət edir. Qonaqlardan dördü xəfiyyə, dördü isə sirli və potensial qatillərdir. Yeməkdən sonra qonaqlar bric oynamağa başlayırlar. Ev sahibi isə seyrçi olmağı üstün tutur. Oyun bitər-bitməz, ev sahibinin öldürüldüyü məlum olur.

Əcəba, bu qətli həmin dörd nəfərdən hansı törədib?

Oxucu hadisələrin gedişatına köklənərək düşünür ki, qatilin kimliyini təyin edib. Qatilin üzə çıxarılması isə asan məsələ olmur. Çünki heç bir ipucu, heç bir iz olmadan buna nail olmaq böyük xüsusi səriştə tələb edir. Bacarıqlı xəfiyyə Puaro sadəcə, şübhəlilərin psixologiyasına əsaslanaraq, qatilin kimliyini müəyyən edir.

Bu kitab detektiv və Kristi sevənlər üçün mükəmməl bir seçimdir.
Məhsulun kodu: 670701
Жанр: Детектив/Detektiv
Издательство: Qanun Nəşriyyatı
Переплёт: Мягкий
Автор: Aqata Kristi

şərhlər0

şərhlər

Заказ в один клик