Издательство: Qanun Nəşriyyatı
Автор: Pyer Dükan
При заказе свыше 20 манат доставка по Баку бесплатна!
ISBN: 9789952266771
Məşhur fransız diyetoloqu Pyer Dükanın “Mən arıqlaya bilmirəm” kitabı bu mövzuda yazılmış ən mükəmməl kitabdır. Müəllif bu kitabı yazarkən ondan əvvəl tətbiq edilmiş bütün pəhriz metodlarının mənfi və müsbət cəhətlərini nəzərə alıb, yanlışlıqları rədd, doğruları qəbul edib. Bütün əxz etdiklərini, məlumat və nəzəri biliklərini təcrübədə tətbiq edən və uğurlu nəticələr qazanan doktor Dükan bu kitabda artıq çəkidən əziyyət çəkən insanlar üçün ən uğurlu, ən ideal pəhriz üsulunu təklif edir.
Onun yalnız bir şərti var – təklif olunan rejimə yüzdəyüz dəqiqliklə riayət etmək.
Həm də bu tələblər sadədir, həyata keçirilməsi çətin olan səviyyədə deyil. Dükan hansı ərzaq məhsullarını necə və nə vaxt, hansı kombinasiyalarda qəbul etməyin rəsmini çəkib.
Onun tətbiq etdiyi pəhriz sayəsində bir sıra dünya şöhrətli adamlar – Karl Laqerfeld, Cenifer Lopes, Penelopa Kruz, Jizel Bundhen kimi ünlü şəxslər və bütün dünya üzrə 15 milyon insan artıq çəkidən xilas olub.
“Mən arıqlaya bilmirəm” kitabı arıqlamaq istəyənlər üçün olduqca faydalı və əvəzsiz kitabdır.

Код товара: 23819
Жанр: Медицина/Tibb
Издательство: Qanun Nəşriyyatı
Переплёт: bərk
Автор: Pyer Dükan

комментарии0

комментарии

Заказ в один клик