Издательство: Qanun
Автор: Frensis Skott Fitscerald
При заказе свыше 20 манат доставка по Баку бесплатна!
ISBN: 9789952265217
Möhtəşəm Qetsbi» romanı Amerika ədəbiyyatındakı «Caz Əsri» adlandırılan dövrün ən məşhur və tipik əsərlərindən sayılır. Hadisələr XX yüzilliyin 20-ci illərində Lonq-Aylenddə və Nyu-Yorkda cərəyan edir. Bəllidir ki, Birinci Dünya müharibəsindən sonra Amerika misilsiz iqtisadi çiçəklənmə dövrünü yaşayırdı. Eyni zamanda, spirtli içkilərə qoyulmuş qadağa bir çox butlegerləri milyonçular cərgəsinə çıxarıb, mütəşəkkil cinayətkarlıq üçün geniş imkanlar açırdı. Romanda varlılara və onların eyş-işrətinə dəbdəbəsinə öz heyranlığını gizlətməyən Fitscerald, həm də qeyri-məhdud materializmi, amerikan mənəviyyatını, o cümlədən insan təbiətinə xas olan laqeydlik və biganəliyi məzəmmətləyir.

Frensis Skott Fitscerald müasirlərinin şüurunda təkcə yazıçı kimi deyil, həm də öz dövrünü təcəssüm etdirən canlı əfsanə kimi qalmışdır. O, ötən əsrin 20-ci illərində amerikan gəncliyinin pərəstişgahı idi, gənclər ona öz dünya duyumlarının parlaq ifadəçisi kimi baxırdı. Ona bəslənən bu rəğbət indinin özünəcən yaşayır və hətta bugünkü Amerika ədəbi tənqidi onu «Caz Əsrinin» tərənnümçüsü saymaqda bu gün də israrlıdır. Artıq heç bir şübhə yoxdur ki, F.S.Fitsceraldın yaradıcılığı Ş.Andersonun, E.Heminqueyin, T.Vulfun əsərləriylə bərabər, amerikan düşüncə tərzinin böyük bir dövrünü özündə əks etdirir və yüksək estetik dəyər baxımından olduqca əhəmiyyətlidir.
Код товара: 10001
Издательство: Qanun
Переплёт: Мягкий
Автор: Frensis Skott Fitscerald

комментарии0

комментарии

Заказ в один клик