Издательство: Qanun
Автор: Artur Konan Doyl
При заказе свыше 20 манат доставка по Баку бесплатна!
ISBN: 9789952267358
Romanın birinci hissəsində Şerlok Holms professor Moriartinin əlaltısı Porlokdan şifrəli məktub alır. Məktubda mister Duqlas adlı birisinə sui-qəsd hazırlanması barədə xəbər verilir. Bir qədər sonra Şerlok Holmsın Beykep-stritdəki evinə Skotlənd-Yardın inspektoru Makdonald gəlib xəbər verir ki, mister Duqlas öz malikanəsində qətlə yetirilib. Şerlok Holms tədqiqata başlayır. Lakin məlum olur ki, qətlə yetirilən mister Duqlas deyil, onu qətlə yetirmək istəyəndir.

İkinci hissədə Pinkerton şirkətinin xəfiyyəsi Berdi Edvards, Makmerdo adı ilə Vermiss şəhərciyinə gəlir ki, “Təmizləyicilər”in dəstəsinə daxil olsun. Bu Mak-Merdoya nəsib olur. Romanın süjet xəttinin maraqlı, həyəcanlı hadisələri də bundan sonra başlayır…

Artur Konan Doylun “Qorxu vadisi” dedektiv romanının ilk nəşri 1914-cü ilin sentyabrından 1915-ci ilin mayına kimi “Strund Magazine” jurnalında dərc olunmuşdur. Roman ayrıca kitab halında 27 fevral 1915-ci ildə Nyu-Yorkda işıq üzü görmüşdür.
Код товара: 10045
Издательство: Qanun
Переплёт: Мягкий
Автор: Artur Konan Doyl

комментарии0

комментарии

Заказ в один клик