Fransız filosofu və riyaziyyatçısı Rene Dekart tarixdə yüz ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxildir. O, müasir analitik həndəsənin əsasını qoyub. Həndəsəyə koordinat anlayışını tətbiq edib. Bu anlayışın köməyi ilə sahənin üfüqi və şaquli əlaqəsinin ortaq nöqtəsi müəyyənləşib. Dekart fəlsəfi yenilikləri ilə də bəşər düşüncəsini uzaq üfüqlərə aparıb. Onun “Düşünürəmsə, demək, varam” kəlamını dünyada bilməyən çətin ki tapılsın.
Kitab Dekartın film kimi həyatı və olduqca maraqlı yaradıcılığı haqqında ən vacib məlumatları yığcam şəkildə təqdim edir. Zamana qənaət etməklə daha bir dahini tanımaq şansı verir.
Məhsulun kodu:9789952385755
Janr:
Fəlsəfə
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Pol Stretern
Səhifə sayı:
72
Dil:
Azərbaycan
Seriya:
90 dəqiqə
Метка:
Ekspress
şərhlər2
90 dəqiqə seriyasınnan olan başqa da kitablar almışdım sizdən. Maraqlı olur belə kitabları oxumaq.
Rene Dekatı filosof və riyaziyyatçı kimi tanıyırdım. Dahi şəxsiyyətin həyatı hər zaman maraqlı olub mənə. Çox sağ olun, qanun nəşriyyatı belə şəxsiyyətlərin həyatı və yaradıcılıqlarını bizim üçün işıqlandırırsınız. Səbirsizliklə gözləyirəm ki, alıb oxuyam.
şərhlər2