Издательство: Teas Press
Автор: Çingiz Abdullayev
При заказе свыше 20 манат доставка по Баку бесплатна!
ISBN: 9789952513912
Mobil rabitə şirkətinin rəhbəri, 200 milyon dollar sərvətə malik bu "telefon tanrısı"nın iki, ya da üç arvadı olub. Violetta isə varlı ər axtarışında olan ovçudur, amma bu dəfə onda heç nə alınmayacaq. Belələrinə indi "yeni amazonlar" deyirlər. Gənc qadınlardan ibarət bir dəstə yaranıb, onlar varlı kişiləri ovlamaqla məşğuldur. Amma Olqa ömründə imkan verməz ki, atası yüz milyonlarını təzə arvadının adına keçirsin. Deyəsən, Violetta da bundan duyuq düşüb..."
Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin "Yeni amazonlar klanı" adlı romanında hadisələr Rusiyanın paytaxtı Moskvadakı lüks villada cərəyan edir.
Köhnə Yeni ili qeyd etmək, eyni zamanda biznes sövdələşməsi aparmaq üçün elit bir kottec kirayələyərək ora toplaşan adamlar arasında daha kimlər yoxdur?! Rusiya Xarici İşlər Nazirliyinin idarə rəisi, "Rosvoorujeniye" dövlət şirkətinin ikinci şəxsi, xarici ölkə səfirlərindən biri, mobil rabitə və alüminim istehsalı şirkətlərinin zəngin rəhbərləri, şou-biznes ulduzları, gözəl qadınlar... Hər şey idealdır. Amma hələ heç ziyafət başlamamış malikanədə müəmmalı və dəhşətli hadisə baş verir - milyonçu biznesmenlərdən biri onun üçün ayrılmış otaqda qətlə yetirilir. İşə Daxili İşlər Nazirliyinin rəhbərliyi qarışır, amma müstəntiqlər heç bir ipucu tapa bilmir. Nazir müavini məşhur xəfiyyə Dronqoya müraciət etməli olur. Kriminalist-ekspert əvvəlcə villaya baş çəkir, hamını dindirir. O, əmindir ki, qatil mərhumun ən yaxın adamıdır...
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


Код товара: 668930
Жанр: Детектив/Detektiv
Издательство: Teas Press
Переплёт: Мягкий
Автор: Çingiz Abdullayev

комментарии0

комментарии

Заказ в один клик