Sizin səbətiniz boşdur

Ailə sirləri

Nəşriyyat: Teas Press
Müəllif: Çingiz Abdullayev
20 manatdan yuxarı sifariş edildikdə, Bakı üzrə çatdırılma pulsuzdur!
ISBN: 9789952515251

"...Suzanna da böyük bacısının əlindən boğaza yığılıb. Marta onu həmişə əzib, ağzından vurub, ona acıqlanıb və gərəksiz yerə qəyyumluq edib. Suzannanın yerinə bir başqası olsaydı, bacısının himayəsindən çoxdan imtina edərdi. Amma Suzanna dözüb. Aydın məsələdir, onun öz böyük bacısını qətlə yetirməsinə bir səbəb ola bilərdi. Amma adamı bir məsələ çaşdırır. Qatil zəhəri ağ şərab qədəhinə atmayıb. Çünki başa düşüb ki, zəhərin qovuqcuqları onun cinayətini aşkara çıxara bilər. Məqam güdüb, qonaqlara köpüklənən şampan şərabı süzüləndə isə zəhəri qədəhə töküb..."
Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin "Ailə sirləri" adlı romanında Qazaxıstandan Avropaya köçmüş qohumlar arasındakı düşmənçilikdən, onlardan birinin müəmmalı şəraitdə öldürülməsindən bəhs olunur.
Gənc almaniyalı qadın Emma Vihert məşhur xəfiyyə Dronqonu Potsdama ‒ yaşlı qohumunun yubileyinə dəvət edir. Onlar çoxdan tanış idilər. Emma Dronqonun nadir qabiliyyətindən xəbərdar idi. Məhz buna görə də yubileydə beynəlxalq ekspertin iştirakında hamıdan çox Emma maraqlı idi. Necə deyərlər, hər ehtimala qarşı... Çünki qadın intuisiyası Emmaya deyirdi ki, banketdə nəsə bir hadisə baş verməlidir. Bəli, gənc qadın yanılmamışdı - tədbirin səbəbkarı olan Martanı ziyafətin ən vacib məqamında zəhərləyib öldürürlər. Dronqo vaxt itirmədən təhqiqata başlayır və dərhal başa düşür ki, qatil... səhvə yol verib...


Məhsulun kodu: 668923
Janr: Детектив/Detektiv
Nəşriyyat: Teas Press
Cild: Yumşaq
Müəllif: Çingiz Abdullayev

şərhlər0

şərhlər

Tıkla – al (Yalnız Bakı daxilində olan sifarişlər ücün)