Ваша корзина пуста

Ata, ana, nənə, 8 uşaq və yük maşını

Издательство: Qanun Nəşriyyatı
Автор: Anne Cath. Vestly
При заказе свыше 20 манат доставка по Баку бесплатна!
ISBN: 9789952362848
Elə kitablar var ki, uşaqlıq illərində onu oxumaq mütləq vacibdir. Hansı ki, illər keçsə belə bu kitabların bəxş etdiyi hisslər yada düşəndə insanın ürəyini isidir. Bu kitablardan biri tanınmış Norveç yazıçısı Anne-Kat.Vestlinin “Ata, ana, nənə və səkkiz uşaq” adlı kitablar seriyasıdır… Seriya beş – “Ata, ana, səkkiz uşaq və yük maşını”, “Nənə və səkkiz uşaq meşədə”, “Marta və nənə, nənə və Morten”, “Antonun kiçik hədiyyəsi” və “Nənə yolu” adlı hissələrdən ibarətdir.

Bu seriyada olduqca böyük və mehriban bir ailənin macəra­larından söz açılır. Ata, ana, nənə və səkkiz uşaq… Onlarla bir yerdə Soba Dudkeşi adını verdikləri it və balaca bir yük maşını da yaşayır. Kitabı oxuyanlar hadisələrin axışına qapılıb ailə istiliyi, sevgi, dostluq kimi hissləri obrazlarla birgə yaşayacaqlar.

Əlinizdə tutduğuz kitabda – “Ata, ana, səkkiz uşaq və yük maşını” adlı birinci hissədə qəhrəmanlarımızın şəhərdə, birotaqlı kiçik bir mənzildə mehribanlıqla yaşamasından və maraqlı sərgüzəştlərlə dolu həyatından bəhs edir. Nağıl maraqlı, şən və uşaqlara yaxın olan axıcı bir dildə nəql olunur.
Код товара: 37211
Жанр: Детская литераура/Uşaq ədəbiyyatı
Издательство: Qanun Nəşriyyatı
Переплёт: bərk
Автор: Anne Cath. Vestly

комментарии0

комментарии

Купить в один клик (Только для заказов по Баку)