1509-cu ildə İtaliyadan İngiltərəyə dönərkən Erazmusun yol boyu qələmə aldığı kiçik bir pamflet onun ən məşhur əsərinə, vizit kartına çevrilmişdir. Bu satira sayəsində Erazmusun elmi və ədəbi fəaliyyəti geniş ictimai təqdir qazanmış, sadəcə ədəbiyyat tarixində deyil, eyni zamanda ümumi tarixdə də görkəmli yerlərdən birini tutmuşdur. Erazmus “Axmaqlığın tərifi” satirasını yaxın dostu, görkəmli ingilis humanisti Tomas Morun evində tamamlamış, kitabı ona ithaf etmiş, adını əsərində simvollaşdırmışdır. Yazıçı öz əsərini sadəcə məşğuliyyət, ədəbi əyləncə hesab etsə də, məhz “Axmağlığın tərifi” satirası onun adını Şimal İntibahının və ümumilikdə dünya ədəbiyyatının klassikləri sırasına ucaltmışdır.
Məhsulun kodu:2001029744638
Janr:
Klassika
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Rotterdamlı Erazmus
Səhifə sayı:
160
Dil:
Azərbaycan
Seriya:
Mini Klassika
Çəki, g:
200
şərhlər1
Klassik əsərlər, ədəbi varisliyin qorunmasında önəmli bir rola sahibdir və yeni nəsilə öz əhəmiyyətini öyrədirlər.
şərhlər1