Sizin səbətiniz boşdur

Azərbaycanda Sovet Liberalizmi

Nəşriyyat: Qanun Nəşriyyatı
Müəllif: Cəmil Həsənli
20 manatdan yuxarı sifariş edildikdə, Bakı üzrə çatdırılma pulsuzdur!
ISBN: 9789952365399

Oxuculara təqdim edilən bu kitab professor Cəmil Həsənlinin uzun illər apardığı elmi axtarışların nəticəsidir. Əsər xronoloji baxımdan müəllifin on il nəşr olunmuş “Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar (1954-1959) monoqrafiyasının davamıdır. Kitabda ötən əsrin 60-cı illərində Azərbaycanda siyasi rəhbərliyin formalaşması, sosial-iqtisadi və mədəni həyatda baş verən dəyişikliklər, cəmiyyətin Stalinin şəxsiyyətə pərəstiş düşüncəsindən azad olunması, ədəbiyyat və sənətdə müşahidə edilən yeni meyllər, yaradıcılıq təşkilatlarında gedən proseslər və sair məsələlər əhatə edilmişdir. Monoqrafiya XX əsr Azərbaycan tarixinin Vəli Axundov onilliyini əhatə edir və bütün məsələlərə də bu kontekstdə yanaşılmışdır.

Monoqrafiyanın hazırlanmasında müəllif Azərbaycan Respublikası və Rusiya Federasiyasının partiya, dövlət, hökumət sənədlərinin saxlandığı müxtəlif arxivlərin materiallarından geniş istifadə etmişdir. İlk dəfə elmi dövriyyəyə gətirilən çoxlu sayda nadir arxiv materialları araşdırmanı tənqidə dözümlü, müəllifin fikir və mülahizələrini etibarlı etmişdir.

Kitab Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə məşğul olan mütə­xəssislər, humanitar ixtisaslar üzrə təhsil alan tələbələr və yaxın keçmişimizin tarixinə maraq göstərən geniş oxucu dairəsi üçün nəzərdə tutulur.

Məhsulun kodu: 670222
Janr: Право/Hüquq
Nəşriyyat: Qanun Nəşriyyatı
Cild: Bərk
Müəllif: Cəmil Həsənli

şərhlər0

şərhlər

Tıkla – al (Yalnız Bakı daxilində olan sifarişlər ücün)