Sizin səbətiniz boşdur

Cəhənnəmdən gələn səs

Nəşriyyat: Teas Press
Müəllif: Elxan Elatlı
20 manatdan yuxarı sifariş edildikdə, Bakı üzrə çatdırılma pulsuzdur!
ISBN: 9789952310030
Detektiv romanlar müəllifi Elxan Elatlının "Cəhənnəmdən gələn səs" romanında XX əsrin ən dəhşətli vəhşiliyi olan Xocalı soyqırımından, erməni əsirliyindəki azərbaycanlıların qorxunc planlara alət edilməsindən və onların tükürpərdici aqibətindən bəhs olunur.
17 ildir erməni əsirliyində olan bir azərbaycanlı qadın təsadüfən əlinə keçən imkandan istifadə edərək Bakıdakı təsadüfi nömrələrin birinə zəng vurub Azərbaycanda təxribat və qətllərə hazırlaşan ermənilərin müdhiş planı haqda məlumat verir. Qadın özü kimi erməni əsirliyində olan Səid adlı oğlunun təlimatlandırılaraq Bakıya göndərildiyini deyib telefonu söndürür. Gecə yarısı evinə zəng gələn adam isə bu məlumatı Azərbaycanın xüsusi xidmət orqanlarına çatdırır. Azərbaycan kəşfiyyatçıları dərhal fəaliyyətə keçərək əməliyyat planı hazırlayırlar. "Leopard" ləqəbli Azərbaycan kəşfiyyatçısı Ermənistandan Bakıya zəng vuran qadını axtarmaq üçün düşmən ölkənin ərazisinə keçir...
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Məhsulun kodu: 668931
Janr: Детектив/Detektiv
Nəşriyyat: Teas Press
Cild: Yumşaq
Müəllif: Elxan Elatlı

şərhlər0

şərhlər

Tıkla – al (Yalnız Bakı daxilində olan sifarişlər ücün)