Romandakı hadisələr 1934-cü il Adanasında yoxsul bir işçi məhəlləsində baş verir. Bu insanlar acından ölməmək üçün toxuculuq fabrikində ağır şərtlər altında işləməyə məcburdurlar. Cəmilə ağıllı, gözəlliyi ilə hamını heyran qoyan bir qızdı, qardaşıyla birlikdə bu fabrikdə çalışır. Ağır əmək Cəmiləgilin məhəlləsindəki insanların həyat eşqini zərrəcə azaltmır, onlar sevinclərini, kədərlərini birlikdə bölüşürlər. Fabrik sahibi və onun adamlarının hiyləsinə aldanan işçilər üsyana qalxırlar. Maraqlı hadisələr fonunda yazıçı Cəmilə ilə Katib Necatinin eşq hekayəsini şirin dillə təsvir edir.
Məhsulun kodu:9789952269413
Janr:
Klassika
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Orxan Kamal
Səhifə sayı:
200
Dil:
Azərbaycan
şərhlər2
Kitabı oxuyarkən, düşündürücü məqamlarda gülümsədim, qeyri-adi olaylarda isə həyəcanlanırdım.
şərhlər2