Dəvət və Çəkindirmək

Издательство: Qədim Qala
При заказе свыше 20 манат доставка по Баку бесплатна!
ISBN: 9789952819045
... Yaxşı işlərə dəvət etməkdə səhlənkarçılıq edən və günahkarların etdiklərinin müqabilində etinasız olan susqun insanlar dirilər arasında gəzən ölülərdirlər. Müasir həyatımızda bu əməlin həddindən artıq mühümlüyünə baxmayaraq, günümüzün insanının bəlkə də ən çox etinasız olduğu xüsus da məhz budur. İnsanlıq qarşısındakı vəzifələrini bilməyən, insanlara qarşı etinasız olan cəmiyyətdə əxlaqi problemlərin olması mütləqdir. Onu da unutmayaq ki, insanın bu iki əməl qarşısında nümayiş etdirdiyi davranış bir bumeranq kimi sonradan bu və ya digər formada onun özünə qayıdacaqdır. Gələcəyimizi fərqli görmək istəyiriksə, mütləqdir ki, bu günümüzə biganə qalmamalı və insanları yaxşı işlərə dəvət etməkdə bacardığımız qədər aktiv olmalıyıq. Cəmiyyətimizin korlanması yanlış işlərin və bu işlər qarşısında insanların etinasızlıqlarının nəticəsidir. Daha dəqiq desək, pis cəmiyyət günlük səhvlərin və yaxşı işlərə dəvət etməməyimizin təkrarlanan ardıcıllığı və cəmidir. Ona görə də cəmiyyətdə mövcud olan hər hansı pis bir əməl üçün, ilk növbədə özümüzü qınamalıyıq.
Код товара: 15924
Жанр: Религия/Din
Издательство: Qədim Qala
Переплёт: Мягкий

комментарии0

комментарии

Заказ в один клик