Bu kitab ədəbiyyatımızın ən məşhur və qalmaqallı əsərlərindən biridir. Dünyanın 33 dilinə tərcümə olunub və 66 ölkədə nəşr edilib. Əksər avropa ölkələrində ƏSRİN ROMANI kimi dəyərləndirilib.
Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə "tərəqqi etmiş" Qərb və "geridə qalmış" Şərqin qovuşduğu Bakıdır.
Tarixin təlatümlü hadisələri fonunda Müsəlman Əli və Xristian Ninonun məhəbbət hekayəsi heç bir oxucunu laqeyd qoymayacaq.
"Cəlbedici və gözəl tarixdir... Canlı baxış, mədəniyyətlərin toqquşması və ölməz məhəbbət" The Times
"Ölməz şedevr... Bədii ədəbiyyatda buna oxşar heç bir məhəbbət tarixiniz xatırlaya bilmirəm". The Washington Post
Məhsulun kodu:2001151424637
Janr:
Roman
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Qurban Səid
Səhifə sayı:
350
Dil:
Azərbaycan
şərhlər3
Möhtəşəm bir əsərdir
Çox möhtəşəm bir əsər.Tarixi hadisələrin fonunda,ədəbiyyatımızda əvəzsiz rolu olan mehebbet dastanıdır.
Əla kitabdı!
Hər bir azərbaycanlı oxusa, cox yaxşı olar!
şərhlər3