Klassik Alman fəlsəfəsi müasir dövrün fəlsəfi fikrinə güclü təsiri olan bir cərəyandır. Bu dövrdə fəaliyyət göstərmiş filosoflar nə rasionalizmin, nə empirizmin, nə də maarifçiliyin həll edə bilmədiyi bir çox fəlsəfi və dünyagörüşünə aid problemləri yeni tərzdə ortaya qoydular. Onları ümumi ideoloji və nəzəri köklər, problemlərin ortaya qoyulması
və həllində davamlılıq birləşdirir. XVIII əsrin sonlarından XIX əsrin 70-ci illərinə qədər olan dövr klassik fəlsəfənin inkişafının zirvəsi hesab olunur. Klassik Alman fəlsəfəsi dünyanın universal və əhatəli mənzərəsini yaratmaqla yanaşı, təbiət, cəmiyyət və idrak prosesi haqqında əsas biliklərini sistemləşdirə bilmişdi. Azərbaycanda bu dövrü əhatə edəcək məlumatın az olmasını rəhbər tutub sözü gedən kitabın ərsəyə gəlməsinə çalışmışıq. Bu kitabda 2018-2019-cu tədris illərində Qərbi Kaspi Universitetində aparılmış mühazirələrin mətnləri, mövcud azsaylı ədəbiyyatlardan hissələri özündə cəmlənmişdir.
Genre:
Fəlsəfə
Publishing house:
Qanun nəşriyyatı
Binding:
Paperback
Pages::
208
language:
Azerbaijani
Метка:
SOON!
Tərcüməçi:
Çinarə Məhəmməd
Product reviews
No one has left a review yet. Be the first!
Similar products