Ваша корзина пуста
Издательство: Qanun Nəşriyyatı
Автор: İpək Çalışlar
При заказе свыше 20 манат доставка по Баку бесплатна!
ISBN: 9789952360042
O, Mustafa Kamal Atatürkün evləndiyi qadın idi. Yazırlar ki, tez-tez əsəbi olurdu, Atatürkə görə deyildi. Onsuz da evlilikləri də tez bitdi. Mustafa Kamal Atatürkün ayrıldığı qadın idi. Lətifə xanımdı.
İpək Çalışlar “Lətifə xanım” da məhz o qadından danışır. Amma qarşımıza indiyə qədər gördüyümüz, tanıdığımız, oxuduğumuzdan fərqli bir Lətifə xanım çıxır. Gözlərimiz önündə qadın hüquqlarının fəal müdafiəçisi, həyat yoldaşına dəstək olan, mədəni bir qadın canlanır. İndiyə qədər bəlli olmayan sənədlər, xarici mənbələrdən götürülən məlumatlar, fotolar Lətifə xanımın portretini daha ətraflı və dəqiq cızır.
Bu kitabda xanımı ilə siyasətdən, o cümlədən bir çox mövzulardan danışıb mübahisə edən, onunla fəxr edən, onu hər kəsə tanıtmaqdan xoşlanan fərqli bir Mustafa Kamalı da görürük. Bundan başqa, avtobioqrafik əsərdə təkcə Lətifə xanımın Atatürklə birlikdə olduğu dövrlərdən deyil, onun uşaqlığından, boşandıqdan sonrakı həyatından da bəhs edilir. Bir qadını tanımaq, Cümhuriyyət tarixinə tamamilə başqa bir gözlə baxmaq, sonu hüznlə bitsə də, qeyri-adi bir məhəbbət macərasına şahidi olmaq üçün “Lətifə xanım”ı mütləq oxumalısınız. Yeni Türkiyənin qurulmasında töhfələri olan, Türkiyə Cümhuriyyətinin birinci adamına aşıq bir qadından – kölgədə qalmış Lətifə xanımdan bəhs edən bu kitab eyni zamanda ölənə qədər sürmüş bir eşq hekayətidir.

Код товара: 21271
Жанр: Мемуары/Memuarlar
Издательство: Qanun Nəşriyyatı
Переплёт: Мягкий
Автор: İpək Çalışlar

комментарии0

комментарии

Купить в один клик (Только для заказов по Баку)