Издательство: Qanun Nəşriyyatı
Автор: Roy Yakobsen
При заказе свыше 20 манат доставка по Баку бесплатна!
ISBN: 9789952361254
Roy Yakobsen Skandinaviya ədəbiyyatının canlı klassiki hesab edilir. Bir çox ədəbi mükafatlara layiq görülüb. İyirmidən çox romanın müəllifidir. İncə psixologizmlə yazılmış “Möcüzə uşaq” romanı bir ailə dramıdır. 20-dən çox dilə tərcümə olunub.
Kitab birnəfəsə oxunur və adamı keçən əsrin 60-cı illərinə aparır. Bu elə bir dövr idi ki, qadınlar daha çox evdar idi, ailələrdə çox vaxt hər iki valideyn olurdu, Norveçdə ilk neft pulları gəlməyə başlamışdı, ilk dəfə beşmərtəbəli evlər tikilirdi, evlərə təzəcə dəbdəbə və zənginlik, mebelli divarlar, divar kağızları və televizor gəlirdi. Bir ailənin dramı qlobal hadisələr, 60-cı illərin mənzərəsi fonunda göstərilir – Con Kennedinin qətli, Qəraib böhranı, Berlin divarının tikilməsi, Yuri Qaqarinin uçuşu.
Əsərin qəhrəmanı ağıllı və tərbiyəli Finn adlı oğlandır. Sinifdə ən yaxşı şagird olan Finn həm də nadinc, amma əlaçıdır, yaxşı mütaliəsi, möhkəm yaddaşı var. O xoşbəxtdir, onu anası böyüdür, çünki kran maşinisti olan atası onları atıb gedib, sonra da qəzaya düşüb, ölüb.
Finn öz hekayəsini danışır. Danışdıqca adam gülmək və ağlamaq istəyir...
Payızda onlar evlərinin bir otağını kirayəyə verirlər. Finn bu kirayənişinə təzəcə öyrəşir ki, onların həyatında başqa bir dəyişiklik baş verir. Finnin ögey bacısı, kran maşinistinin başqa bir qadından olan qızı evlərinə gəlir. Onun əlindəki kiçik çamadanda “bomba” var. Tezliklə partlayacaq bomba...
Xəyanət, sədaqət və sevgi haqqında olan bu hekayət beləcə başlanır.
Код товара: 21261
Жанр: Современная проза/Muasir nəsr
Издательство: Qanun Nəşriyyatı
Переплёт: Мягкий
Автор: Roy Yakobsen

комментарии0

комментарии

Заказ в один клик