Orxan Pamuk ‘Qar’ romanında Türkiyənin şərqində islam təməlçiliyi və qərbləşmə cərəyanlarının necə üz-üzə gəldiyini, insan talelərində necə ağır yaralar açdığını yüksək sənətkarlıq və inandırıcılıqla göstərə bilmişdir. 2005-ci ildə ingilis dilinə çevrilən bu əsər ABŞ-da ilin on ən mühüm bədii nailiyyətləri sırasında özünə yer almışdı. On iki ildir Almaniyada sürgün həyatı yaşayan şair Ka Türkiyəyə qayıdandan dörd gün sonra bir reportaj üçün Qars şəhərinə gedər…
Məhsulun kodu:2000029227967
Janr:
Müasir nəsr
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Karton
Müəllif:
Orhan Pamuk
Səhifə sayı:
528
Dil:
Azərbaycan
şərhlər6
Pamukun əsərləri, insan psixologiyasına dair dərin təfəkkür provokasiyası yaratır. Onun yazıları insanın daxili dünyasına səyahət etməyə kömək edir.
Mükəmməl əsərdir. Yazıçı qış hekayəsi vasitəsilə insan münasibətlərini və tənhalığı araşdırır.
"Qar” romanı kiçik bir şəhərdə baş verən hadisədən bəhs edir və Pamukun povestindəki həzinliyi vurğulayır.
Orhan Pamukun əsərlərində ümumiyyətlə İstanbul kimi şəhərlər mühüm rol oynayır. Şəhərlər qəhrəmanların həyatının bir hissəsidir və hekayələri zənginləşdirir.
Orhan Pamuk zatən güclü qələmə sahib olan yazardır. Tərcümənizdə oxucunu yormayan dildə olub. Çox sağ olun.
"Qar" - Pamukun güclü bir üslub və böyük bir şairlik hissi ilə yazılmış bir əsəridir.
şərhlər6