Robinzon Kruzonun Macəraları

Издательство: Əli və Nino və Qanun Nəşriyyatı
Автор: Daniel Defo
При заказе свыше 20 манат доставка по Баку бесплатна!
ISBN: 9789952265590
Gəmi qəzasından sonra güclə sağ qalan Robinzon Kruzo ayağı torpağa dəyən kimi çox sevinir. Lakin bu sevinc çox çəkmir. Kimsəsiz adaya düşdüyünü anlayan Robinzon hər vasitə ilə burdan xilas olmaq istəyir. Amma… O, adada 28 il tək qalır. Həm təbiət qüvvələrinə, həm də dəniz quldurlarına qarşı təklikdə mübarizə aparmalı olur. Dəli olmamaq və nitq qabiliyyətini itirməmək üçün həmişə tutuquşularla söhbət edir, zamanı dəyişik salmamaq üçün gündəlik tutur, hər gün orada başına gələn hadisələri yazır.

Bir gün adada yerlilərlə də rastlaşır, vəhşilərlə ünsiyyət qurmaq ona çox çətin olur.

Nəhayət, Robinzon möhkəm iradəsi və dözümlülüyü sayə­sində qarşısına çıxan bütün çətinliklərin öhdəsindən gəlir. Əsərin süjet xətti real həyatdan götürülüb.



Məşhur ingilis yazıçısı Daniel Defo (1660-1731) bədii yaradıcılığa çox gec başlayıb. Dünyanı fəth edən ən məşhur əsəri – “Robinzon Kruzonun macəraları”dır. Romanın ilk nəşri 25 aprel 1719-cu ildə işıq üzü görüb. Yazıçı bu əsərini yazanda onun təxminən 58 yaşı vardı. Lakin bu roman Defoya inanılmaz şöhrət gətirdi. Əsər işıq üzü görəndən ta indiyədək dünyanın elə bir ölkəsi yoxdur ki, orada çap olunmasın.
Код товара: 11200
Жанр: Детская литераура/Uşaq ədəbiyyatı
Издательство: Əli və Nino və Qanun Nəşriyyatı
Переплёт: Мягкий
Автор: Daniel Defo

комментарии0

комментарии

Заказ в один клик