Ваша корзина пуста
Издательство: "Qanun Nəşriyyatı"
Автор: İskender Pala
При заказе свыше 20 манат доставка по Баку бесплатна!
ISBN: 9789952266023
Vurğunluq…

Gözəllik…

Eşq və savaş. Təkcə könüllərin yox, alınların,

sümüklərin və gözlərin od tutub yandığı savaş.

Qəhrəmanlarını – Yavuz Sultan Səlimi də, Şah İsmayılı da

tarixin pilləkənində bir pillə aşağı endirən, bir pillə yuxarı qaldıran savaş.

Çaldıran.

İndi Çaldıran nə 500 il geridə, nə 500 il irəlidədi.

Savaş meydanında sehrbazın gördüyü nəydi?

Qızılbaşlıq!

Sünnilik!

İqtidar ehtirası.

Eşqin çöküntü kimi dondurduğu zaman!

Qorxu? Bəs o?

Yazıçı bir az da qorxuların üstünə gedəndi.

Tarix irəliyə doğru açıldıqca ağacın kökləri də görünəcək.

Ələvi də, Sünni də o kökə bağlıdı. O torpaqda birdi.

Kölgələr böyüyübsə, işığa yox, qorxuya qalib gəlmək lazımdı.

Daha nəsilləri qaranlıq və tutqun işığın hegemonluğu boğmasın.

Bir daha eşq!

İqtidar atının belində küləyə və alova doğru gedən iki hökmdar.

Şah və Sultan…

Dünya incisi zərif və əsil-nəcabətli qadınlar… Andlarına sədaqətli kişilər.

Nağıl qədər həqiqət.

Sehrləyici olduğu qədər ümidverici.

İsgəndər Palanın

“Şah və Sultan” romanı hər cümləsi eşqlə oxunacaq kitabdı…

Türk dilindən tərcümə: Nəriman Əbdülrəhmanlı
Код товара: 6192
Издательство: "Qanun Nəşriyyatı"
Переплёт: Мягкий
Автор: İskender Pala

комментарии0

комментарии

Купить в один клик (Только для заказов по Баку)