Ваша корзина пуста

Satış ulduzu ol (Daha asan, daha sürətli və daha çox satış etməyin 21 möhtəşəm üsulu)

Издательство: Qanun nəşriyyatı
Автор: Brayan Treysi
При заказе свыше 20 манат доставка по Баку бесплатна!
ISBN: 9789952364507
Bu kitab, satış dövriyyəsini artırıb gəlirini yüksəltmək həvəsi ilə qaynayan ambisiyalı satış agentləri üçün, öz sahəsinin top 10%-nə aid olan və ya olmaq istəyənlər üçün yazılıb.

Bəzən seminar və ya çıxışlarımı belə bir sualla başlayıram: “Kim bu gün satışla məşğuldur?” Və cavab olaraq yalnız bir neçə əl qalxır. Sonra növbəti sualı verirəm: “Kim ümumiyyətlə satış prosesində iştirak edir?” Bu dəfə isə demək olar hamı əlini qaldırır.

Düzdür! Nə iş görməyimizdən asılı olmayaraq biz hamımız satış prosesində iştirak edirik.

Bu kitabı yazmaqda məqsədim, sizə – hər dəqiqəsi pul olan satış peşəkarına münasib metod və texnikalarla zəngin “cib kitabı” verməkdir ki, bu da sizin effektivliyinizi və nəticələrinizi artıracaq. Bu gün satışla bağlı 4000-dən çox kitab var ki, onların hər biri dəyərli və faydalıdır. Bəs bu kitab onlardan nə ilə fərqlənir? Fərq bu kitabın qısa və məzmunlu olmasıdır. Burada yalnız lazımi məqamlar xırdalanır. Qarşıdakı səhifələrdə, 500.000-dən çox satış peşəkarına keçdiyim təlimlər zamanı aşkar etdiyim və sizin gəlirinizi əhəmiyyətli dərəcədə artıracaq 21 satış prinsipini öyrənəcəksiniz. Bunlar sınaqdan keçmiş və yaradıcı praktikada sübut edilmiş strategiyadır.
Код товара: 668551
Жанр: Бизнес/Biznes
Издательство: Qanun nəşriyyatı
Переплёт: Мягкий
Автор: Brayan Treysi

комментарии0

комментарии

Купить в один клик (Только для заказов по Баку)