Deyna Evans məşhur teleaparıcıdır. Bu yaxınlarda Sarayevodan qayıdıb, orada müharibə reportajları çəkib. Studiyadakı xəbər buraxılışlarından birinə məşhur siyasətçinin oğlu, Taylor Vintrop xeyriyyə fondlarının yaradıcısı Qeri Vintrop dəvət edilir. Verilişin səhəri günü Qeri evində ölü tapılır. Elə təəssürat yaranır ki, evə girən tablo oğruları ev sahibini öldürüblər. Amma ən qiymətli tablolar yerindədir...
Ailənin bütün üzvlərinin bir il ərzində həyatları itirməsi Deyna üçün müəmmadır. Deyna araşdırmağa başlayır və başa düşür ki, cinayətlərin üstünü açmağa çalışarkən, o, yeni, daha sirli cinayətlərlə üz-üzə gəlir.
Jurnalist Deyna Evans nəinki qeyri-adi cinayətlərlə üzləşməli, həm də ABŞ və Rusiya kimi iki qüdrətli dövlətin siyasətinə təsir etmək istəyən insanlarla qaşılaşmalı olacaq. Deynanın öyrəndiyi
həqiqət təkcə onun deyil, yaxınlarının da ölümünə səbəb ola bilər...
Related products
Similar products
Same category
comments17