Sizin səbətiniz boşdur

Çatdırılma

Kuryer vasitəsi ilə çatdırma 

Sifariş edin və evdən, yaxud ofisdən kənara çıxmadan sifarişinizi alın. Çatdırılma xidmətində istirahət günü yoxdur. 

Çatdırılma 24 saat ərzində edilir. Siz sifarişi rəsmiləşdirən zaman sifarişi almaq istədiyiniz tarixi və saatı özünüz də təyin edə bilərsiniz. 

 


  

Qeyd edək ki, kuryerlərimiz Covid - 19 pandemiyası zamanı tələb olunan bütün sanitar qadalara əməl edir. Həmçinin, təmassız çatdırılma xidmətimiz də mövcuddur. Bunun üçün siz sifarişinizi rəsmiləşdirən zaman ödənişi onlayn qaydada (plastik kart, Milliön) edərək sifarişin "Qeyd" hissəsində "Təmassız çatdırılma olsun" qeyd edə bilərsiniz. Bu zaman kuryer sifarişi gətirib sizin qapınızın qarşısında qoyaraq sizə zəng vasitəsilə bildiriş edəcək.


Bakı şəhərində çatdırılma 

Çatdırılma bizim kuryer xidməti tərəfindən, sifariş daxil olandan dərhal sonra, 24 saat ərzində həyata keçirilir. Biz istirahət günləri də daxil olmaqla, hər gün saat 10:00-dan 20:00-dək sifarişləri çatdırırıq. Bizim kuryerlər bağlamanın çatdırılma gününü və vaxtını təyin etmək, eləcə də ünvanı dəqiqləşdirmək üçün sifarişin qeydiyyatında göstərdiyiniz telefona zəng edib, sizinlə əlaqə saxlayacaqlar. 

 

Ekspress çatdırılma

Sürətli çatdırılma  2 saat ərzində həyata keçirilir. Ekspress çatdırılma zamanı ödəniş onlayn qaydada (kart vasitəsilə) həyata keçirilir. Axşam 20:00-dan sonra edilən sifarişlərin çatdırılması növbəti gün 9:00 - 11:00

 

Azərbaycanın rayonlarına çatdırılma   

Azərbaycanın istənilən rayonuna çatdırılma Azərpoçtun poçt xidməti vasitəsi ilə həyata keçirilir.   

Hər çatdırılmanın qiyməti fərdi olaraq hesablandığından, sifarişin dəyərini öyrənməyin ən sadə və düzgün yolu onu qeydiyyatdan keçirməyə başlamaqdır. Azərpoçt vasitəsi ilə çatdırılma zamanı siz öz sifarişinizi 2-5 gün ərzində qeydiyyatda göstərdiyiniz poçt şöbəsindən ala bilərsiniz. 



Beynəlxalq çatdırma 

Beynəlxalq (xarici ölkələrə) çatdırma Azərpoçt poçt xidməti tərəfindən həyata keçirilir. 

Beynəlxalq göndərişlər üçün təxmini tranzit müddətləri: 


Avropa – 7 iş günündən 12 iş gününədək, 

Amerika – 10 iş günündən 21 iş gününədək, 

Asiya ölkələri – 10 iş günündən 22 iş gününədək. 

Hər çatdırılmanın qiyməti fərdi olaraq hesablandığından, sifarişin dəyərini öyrənməyin ən sadə və düzgün yolu onu qeydiyyatdan keçirməyə başlamaqdır. 

Tıkla – al (Yalnız Bakı daxilində olan sifarişlər ücün)