Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Sifarişimi qaytarmaq (dəyişmək) istəyirəm

Satın aldığınız məhsulu kuryer sizə çatdırdığı gündən etibarən 14 gün ərzində sifarişinizi qaytara, yaxud başqa məhsullarla dəyişə bilərsiniz.

 
Sifarişin qaytarılma şərtlərinə diqqət edin:
-Sifariş təhvil verilərkən sizə təqdim olunmuş qəbzin kuryerə təhvil verilməsi mütləqdir.
-Alınan məhsul (əgər bağlı halda idisə) açılmamış, zədələnməmiş vəziyyətdə olmalıdır.
-Məhsulun bütün əlavə aksessuarları tam vəziyyətdə olmalıdır.
-Əgər məhsulun üzərində hər hansı bir hədiyyə göndərilmişdisə, o zaman hədiyyələr də tam, zədələnməmiş halda geri qaytarılmalıdır. 
-Qaytarılma zamanı sizə təqdim olunan blankda (sənəddə) sifarişin geri qaytarılması səbəblərini, qaytarılmanın bütün detallarını dolğun şəkildə qeyd etməniz mütləqdir.
QEYD: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 114 saylı qərarına əsasən satın alınmış aşağıdakı məhsullar geri qaytarılmır və dəyişdirilmir:

1. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr).

2. Parfümeriya-kosmetika malları.

3. Kişi, qadın və uşaq çimərlik paltarları.

4. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları.

5. Məişət-kimyası malları.

6. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.).

7. Uşaq oyun və oyuncaqları.

8. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları.

9. Ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar.

10. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.
 
 
 
Sifarişin geri qaytarılması və dəyişdirilməsi vasitəsi:
- Kuryer vasitəsilə (bu zaman geri qaytarılma üçün əlavə kuryer haqqı - 3 AZN - müştəri tərəfindən ödəməlidir.)
 
QEYD: Qaytarılma zamanı əməkdaşımız tərəfindən məhsula baxış keçirilir, əgər məhsul ideal vəziyyətdə olarsa, qaytarılma edilir.
 
 
Poçt vasitəsilə çatdırılmış sifarişlərin geri qaytarılma şərtləri nələrdir?
-Rayonlardan, digər şəhər və ölkələrdən olan sifarişlərin geri qaytarılması poçt vasitəsilə həyata keçirilir. 
-Yaranmış əlavə poçt haqqı alıcı tərəfindən ödənilməlidir.
 
 
Qaytarılma zamanı ödənişimi necə geri alacağam?
- Əgər sifarişinizi nağd olaraq ödəmisinizsə, o zaman kuryer vasitəsilə  qaytarılma zamanı ödəniş sizə nağd formada geri qaytarılır.
- Əgər sifarişinizin ödənişini onlayn şəkildə (kartla) həyata keçirmişdinizsə, o zaman biz qaytarılma günündən etibarən məbləğin geri qaytarılması haqda banka sorğu göndəririk və sizin bankınız öz iş prinsipində nəzərdə tutulmuş (təxminən 1-14 iş günü) müddətdə ödəmiş olduğunuz məbləği sizin balansınıza geri qaytarır.
-Əgər sifarişinizin ödənişini MilliÖn vasitəsilə etmişdinizsə, o zaman  məbləğ sizin bank kartınıza geri qaytarılır.
-Ödəniş Alinino.az saytına məxsus Elektron Hədiyyə Kartı ilə həyata keçirilmişdisə, o zaman sifariş geri qaytarıldıqdan sonra həmin Elektron Hədiyyə Kartı yenidən aktivləşir.
Zəmanət Talonu olduğu halda necə etməli?
Alinino.az saytı satışa təqdim etdiyi xeyli sayda məhsula (xüsusən elektronika məhsulları) zəmanət təqdim edir. Zəmanət müddəti müxtəlif məhsullarda fərqli müddət olaraq tətbiq ediril. 
Məhsulun təyinatı üzrə təlimata uyğun düzgün istifadə olunması şərti ilə, doldurulmuş zəmanət talonu məhsulun sahibinə texniki baxımdan, istehsal zamanı yaranmış nasazlığı olan və istifadəyə yararsız məhsulun dəyişdirilməsi və qaytarılması hüququnu verir.