Добро пожаловать в интернет-магазин www.alinino.az!
Доставляем заказы в Баку, регионы Азербайджана и страны мира!
Доставляем заказы в Баку, регионы Азербайджана и страны мира!
При заказе от 30 манат, доставка по Баку бесплатно.
.
Luiza L. Hey tutulduğu xərçəng xəstəliyini öz daxili gücü ilə sağaltmış və bu sahədə öz təcrübələrinə əsaslanan kitablar yazmışdır. Eyni zamanda, insanın öz gücü ilə bədənini və həyatını necə şəfalandırmaq haqda hərakata təkan vermişdir.
Beləcə, Luiza Hey dünyada sayılıb-seçilən fərdi inkişaf mütəxəssislərindən biri olmağa müvəffəq oldu.
Müəllifin şəxsi inkişaf sahəsində yazdığı kitabların satış rəqəmi bir milyonu ötüb. O, “Louise Hay House” adlı bir şirkət qurmuşdur. Bu şirkət ilkin olaraq onun qonaq otağında quruldu və tez bir zamanda məşhur müəlliflərin və ekspertlərin kitablarını nəşr edən çox uğurlu bir şirkətə çevrildi.
Luiza L. Hey “İçimizdəki güc” kitabında özümüzü sevmək fəlsəfəsini belə təsvir edir:
– daxili səsə qulaq asmağı və ona inanmağa öyrənmək;
– içindəki uşağı sevmək;
– əsl hisslərimizi üzə çıxarmaq;
– valideyn olmağın məsuliyyətini dərk etmək;
– qocalmaq qorxusundan azad olmaq;
– özümüzə yaxşı həyat arzulamağa imkan vermək;
– yaradıcılığımızı ifadə etmək;
– dəyişiklikliyi həyatın təbii hissəsi kimi qəbul etmək;
– bir-birini sevməyin təhlükəsiz olduğu ekoloji cəhətdən sağlam bir dünya yaratmaq;
– və sairə.
Сопутствующие товары
Похожие товары
Товары из категории
комментарии17