Mövzusu və süjeti xalq yaradıcılığından alınmış "Pəri cadu" pyesində əsasən ailə-məişət məsələsi həll edilir. Real ailə münasibətlərinin, məişət səhnələrinin üstünlük təşkil etdiyi bu əsərdə simvolizm təsirləri, xəyali surətlər, səhnələr də vardır. Ədib özü deyirdi ki, "Pəri cadu"nu simvolizm təsirlə yazmışdır. "Pəri cadu"nun ideyası belədir: hər kəsin öz əlinin əməyi onun müqəddəratını təmin edir. İnsan, taleyini kənarda axtarmayıb, öz-özündə axtarmalıdır.
Related products
Same category
comments1