Mehmed Solakzadənin yazdığı, akademik Ziya Bünyadovun dilimizə və tarix elmimizə qazandırdığı “Tarix” kitabı Səfəvi xanədanını, qızılbaşları, Şah İsmayılı və onun tərəfdarlarını fərqli tərəfdən oxucuya tanıdır. Bu kitabda İran mənbələrinə əsaslanan və Səfəvi dövlətini, həmçinin qızılbaşları ucaldan mənbələrdə daim şanına təriflər deyilən Şah İsmayıla və qızılbaşlara qarşı müəllifin bir qədər qəzəbli və qərəzli münasibəti başa düşüləndir. Ömrünü Osmanlı sarayında keçirən Mehmed Solakzadə hadisələrə Osmanlı saray adamlarının prizmasından baxdığı üçün Şah İsmayılı lənətlə yad etməkdən çəkinmir.
Код товара:9789952386196
Жанр:
Tarix
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Solakzade Mehmed
Количество страниц:
144
язык:
Азербайджанский
Метка:
Ekspress
комментарии6
Kitab tarixi kitab olsada Solakzade Mehmed hadisələri bir azda obrazlı şəkildə qələmə alıb. Mən oxuyanda qeti sıxılmadım. Lazım olan tarixi bilgiləri topladım, eyni zamanda da maraqlı bir kitab oxumuş oldum. Hətta mənə elə gəldiki, maraqlı bir film izlədim.
Sifarişim tez çatdırıldı. Heç bir problemidə yoxdur. Təşəkkürlər, Ali və Nino!
Tarixi hadisələri özündə əks etdirən kitabları oxumağı sevirəm. Bu kitabda mənim üçün faydalı və maraqlı oldu. Oxumağa dəyər kitabdır.
Bir dəfə Lənkəran rayonuna kitab zakaz vermişdim, bu saytdan. Üç gün sonra götürmüşdüm sifarişimi. Bu dəfə də Lerik rayonuna qardaşım üçün kitab zakaz vermişdim. Dörd günə çatdırdılar. Nəzərə alsaq yol uzundur. Amma tez çatdırırlar. Sağ olsunlar.
Əla tarixi araşdirmadır. Heç yerdə eşitmədiyim tarixi hadisələri oxudum bu kitabdan.
Solakzade Mehmed Şah İsmayıl haqqında bilmədiyim bir çox tarixi faktları açiqlayıb "Tarix" kitabında. Tarix araşdıranlar üçün maraqlı məlumat məmbəsidir.
комментарии6