Türkiyənin ən çox oxunan pedaqoji kitablar yazarı Adəm Günəş bu dəfə uşaqlıq dövrünün ən kritik illərindən bəhs edib. Uşağın şəxsiyyətinin əsas cizgilərinin formalaşdığı 0-6 yaş dövrü və bu dövrdə gözdən qaçırılmamalı olan 100 əsas qaydanı qısa, konkret və sadə bir dillə bu əsərdə toplayıb. Bir hind atalar sözündə deyilir: “Uşaqlarınızı altı yaşına qədər mənə verin, altmış yaşına qədər sizin olsun...” Pedaqoji baxımdan bu söz doğrudur... Çünki uşaqlıq dövrü hiss qazanma dövrüdür... Və altı yaşlı uşağa hansı hiss yerləşirsə o, xasiyyətə çevrilir... Duyğuda sökülüb atılması asan olmayan çox incə bir sızıltı özünə yer tutur... Kimisində uğursuz bir daxili səs kimi dayanmadan pıçıldayır, bütün ömür boyunca insana dəyərsizliyi iliklərinə qədər hiss etdirir... Kimisinə isə şən-şaqraq bir daxili canlılıq, bitib-tükənməyən həyat sevinci verir... Və ən çətin anlarda uşaqlığın təbəssümü qaçıb köməyə gəlir... Hər insanın sadəcə bir dəfə uşaq olma haqqı var... O da ana-atasının uşaqlığını yaşamasına izin verdiyi qədərdir...
şərhlər0
şərhlər