www.alinino.az internet mağazasına xoş gəlmisiniz!
Sifarişləri Bakıya, regionlara və dünya ölkələrinə çatdırırıq!
Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur.
.
Dünya şöhrətli Amerika yazıçısı və filosofu Anthony Robbinsin təqdim olunmuş bu kitabı, çox güman ki, sizdə dərin maraq oyadacaq, yaşam fəlsəfəsinə dair sizə geniş məlumat verəcək. Uşaqlıq çağlarını uğursuz, kasıb ailədə yaşamış, heç bir ali təhsili olmayan, yalnız həyati müşahidələrinə arxalanıb daxili gücünə üz tutaraq şöhrət qazanmış bir adamın həyat hekayələrini maraqla qarşılayacaqsınız. Kitabda yaşamağa belə ümidini itirmiş insanlara ruhdan düşmədən öz daxilində uyuyan nəhəng gücü oyatmağın, yaşamaq üçün pul, biznesdə isə uğur qazanmağın yolu göstərilir, beləcə gələcəyə inam gücləndirilir. Müəllifin tövsiyələri nəticəsində həyatın çətinliklərinə davam gətirməyən, yaşamağa ümidini itirmiş adamlar həyatlarını yenidən qurmağı bacarmış, yaşadıqları cəmiyyətin layiqli vətəndaşına çevrilmişlər. İnanırıq ki, Robbinsin təklif etdiyi metodlar heç vaxt köhnəlməyəcək, çıxılmaz vəziyyətlə üzləşmiş insanların yaşamağa olan inamın gücləndirilməsi yolunda əvəzsiz məsləhət xarakteri kimi yadda qalacaq.
Yanaşı məhsullar
Oxşar məhsullar
Kateqoriyadan məhsullar
şərhlər0
şərhlər