"Dünya müharibədən çalxalanırdı. Qanlı döyüşlər ingilisləri, almania- rı, rusları, fransızları əjdaha kimi kamına çəkirdi. Ağır bombalar şəhər- lərin külünü göyə sovururdu. Ərzurumda isə sakitlik idi. Otlar, çiçəklər dalğalanırdı. Rus əsgərləri redutun ətrafında təlim keçirdilər. Vera Molla İsmayıla aşiq olmuşdu və anlayırdı ki, bunu özünə etiraf etmə- yin vaxtı çatıb".
"Boz ay" fərqli müstəvilərin eyni fəzada kəsişməsindən yaranan qeyri-adi ədəbi nümunədir.
Əsərin nəhəng sütunları xatırladan mürəkkəb strukturu ilə özünəməx- sus koloritə malik maraqlı üslubu arasında qurulmuş ideal balans təhkiyənin axıcılığını təmin edir və oxucunun diqqətini süjetə kilidləməyi bacarır.
şərhlər0
şərhlər