Cəmi altı həftə ərzində, öz evinizdə daha yaxşı anlayaraq, daha çox yadda saxlayaraq və daha rahat xatırlayaraq üçqat daha sürətli oxumağı öyrənin.
Peter Kump "Anlayaraq sürətli oxumaq" kitabında oxu sürətini artırmaq və başa düşməyi artırmaq üçün özünün hazırladığı “Reading Dynamics” proqramını təqdim edir. Bu proqram təqdim olunan təlimlər və məşqlərin köməyi ilə evdə öyrənilə bilən əsas prinsipləri və bacarıqları ehtiva edir. Oxuculara öz materiallarını seçmək və öz templərini təyin etmək imkanı verdiyi üçün ideal üsuldur.
Код товара:9789952385847
Жанр:
Şəxsi inkişaf
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Количество страниц:
488
язык:
Азербайджанский
Метка:
Bestseller, Ekspress
комментарии12
Onlayn alış-veriş prosesi çox rahatdır və məhsulların çatdırılması tam vaxtındadır.
Oxumağa dəyər kitabdır , tövsiyyə edirəm həmçinin çatdırılmada vaxtlı vaxtında və məhsul çox səliqəli formada bağlanılır təşəkkürlər əziyyəti keçən hər kəsə
Bu kitablar mənim özümü daha yaxşı tanımağa və həyatımda dəyişikliklər etməyə təşviq etdilər. Onlar məni motivasiyalandırdılar və özümü daha yaxşı idarə etməyə kömək etdilər.
Super 👍.
Çox çox faydalı kitabdır, hər kəsə tövsiyə edirəm. Məsləhətlidir.
Kitabi oxuyanda sonra özumdə çox irəliləyiş görürəm.
Əla, inkişafetdirici kitabdır.
Bizim uşaq sürətli oxumaqda biraz çətinlik çəkirdi. Bu kitabı ona aldım. İndi müəlliməsi deyirki uşağın oxumağında çox fərq hiss olunur
Oxumağa dəyər 👍👏
Özünü inkişaf üçün əla kitabdır. Iki gündür oxuyuram. Sürətli oxumaqda faydası var mənə.
Qızım oxumağa təmbəllik edirdi. Ona almışam. Yazşı kitabdır. Indi fikir verirəm ki, qızım daha cəld oxuyabilir.
Oğlum üçün sifariş etdim.Sərbəst oxumaqda bir az çətinlik çəkir. Bu kitabın ona köməy olacağını düşünürəm. Indidən sifarişimi verdim ki, satılıb bitmədən ala bilim.
комментарии12