“Avqust” Knut Hamsunun "Avqust" trilogiyasının ikinci romanıdır. Əsərin baş qəhrəmanı Avqust xəyalpərəst və avantüristdir. Lakin təbiət ona insanların etimadını qazanmaq kimi qeyri-adi bir istedad verib. Buna görə də onun düşüncəsiz addımları ünsiyyətdə olduğu insanları çox da qayğılandırmır. Hər kəsin gözündə bir xilaskar obrazında canlanan Avqust qeyri-adi macəraları ilə oxucunu heyrətləndirir. O, müasir dövrün parlaq nümayəndəsidir. Çox yerlər gəzib, çox şeylər görüb, meşə salmanın, tütün yetişdirmənin, sıfırdan fabrik qurmanın, bankın əsasını qoymanın üsullarını bilir. Yorulmaz optimist və “novator”dur. Bu cür qəribə, içində “motor” olan adamlarsız həyat doğrudan da maraqsız olardı. Lakin onun əməlləri ətrafdakı insanlar üçün anlaşılmazdır.
Код товара:9789952384826
Жанр:
Klassika
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Knut Hamsun
Количество страниц:
368
язык:
Азербайджанский
Метка:
Ekspress
комментарии6
Çox xoşuma gəldi..
Knut Hamsunun "Avqust" trilogiyasından olan her üç romanını oxumuşam. Sadəcə möhtəşəm əsətlərdir.
Knut Hamsun əfsanəvi bir yazardır. Bütün əsərlərini həvəslə oxumuşam.
Knut Hamsunun "Avqust" trilogiyasının birinci və ikinci cild kitablarını eyni vaxta zakaz elədimki stolum üstündə olsun ard-arda oxuyaram.
O, insanın daxili aləmini təhlil etməyə böyük maraq göstərirdi və bu, onun əsərlərinin əsas mövzularından biri idi.
Birinci romanı oxumuşdum,çox xoşuma gəlmişdi.Ona görə,indi də ikinci hissəsini oxuyuram.Mukəmməldir.Belə maraqlı,hətta ibrətamiz əsərlər çox az olur deyərdim.Hər kəsə tövsiyə edirəm
комментарии6