“Ayaqqabılarını çıxar” əsəri özlüyündə tamamlanmış bir
roman olsa da, əslində, o, dörd nəsli əhatə edən ailə salnaməsini
üzə çıxarmalı idi. Lakin bütün həyatımı müşayiət edən bu
romanlar seriyası xronoloji nizamla yaranmayıb.
“Ovod” əsərində hadisələr İtaliyada, 1848-ci il inqilabı ilə
nəticələnən siyasi və ideoloji münaqişələrin baş verdiyi vaxtda
cərəyan edir. Əsər 1897-ci ildə qələmə alınıb və mən o zaman
əsərin yarıitalyan olan baş qəhrəmanının əsli-kökü barədə,
demək olar, heç nə bilmirdim.
“Qırılmış dostluq” (1910) elə həmin qəhrəmanın
həyatının bir epizodundan bəhs edir.
1911-ci ildə ədəbiyyatı bir kənara buraxıb, musiqi yazmağa
başladım. Və aradakı iki roman yazılmadı – bu kitabda
uşaqlıq və yeniyetməlik vaxtlarından bəhs edilən gənc oğlan
və qızın həyatı barədə və onların İtaliyaya gedən, sonralar
Ovodun anası olacaq qızı haqqında. O insanların taleyi barədə
“Ayaqqabılarını çıxar” romanının “SON SÖZ”ündə danışılır.
Related products
Similar products
Same category
comments10