Bu kitabda görkəmli uşaq yazıçısı Z.Xəlilin üç hekayə-nağılı verilmişdir. Qara Maya hekayəsi ilk dəfə bu kitabda işıq üzü görür. Hekayələrdə təbiətə, heyvanlara sonsuz sevgi duyulur. Bu sevgi Zahid Xəlilin uşaqlıq xatirələri və yazıçı təxəyyülünün vəhdətində çox gözəl təqdim edilir. Onun əsərləri adicə nağıl deyil, həm də gözəl ideyaya, fəlsəfəyə malikdir. Onu məşhur uşaq yazıçıları ilə - Canni Rodari ilə, bəzi əsərlərinə görə Astrid Lindqrenlə müqayisə etmək olar. Uşaqlar onun əsərlərini oxumaqla həm zövq alacaq, həm də faydalı məziyyətlər öyrənəcəklər.
Məhsulun kodu:9789952492545
Janr:
Nağıl
Nəşriyyat:
Libra
Cild:
Yumşaq
Müəllif:
Zahid Xəlil
Səhifə sayı:
80
Dil:
Azərbaycan
Метка:
Ekspress
şərhlər3
Çox maraqlı nağıllardır.
Bu uşaq nağılları, əsasən əyləncəli və tərbiyəvi məsələləri özündə ehtiva edir.
Hər bir nağilin əsas məqsədi uşaqlara dəyərləri öyrətməkdir. Onlarda təbiətə və insanlara qarşı sevgi və hörmət aşılamaqdır.
şərhlər3