İqtisadiyyat 101 iqtisadiyyatdan heç nə bilməyənlərin qəzetlərin iqtisadiyyat səhifələrindəki xəbərləri oxuyub başa düşməsi,
iqtisadiyyatla bağlı söhbətlərə qatılması, ümumilikdə iqtisadiyyat haqqında təsəvvür əldə etməsi üçün hazırlanıb.
Bu kitabı oxumaqla siz investisiya alətləri, tələb-təklif balansı, valyuta məzənnələri,
mikroiqtisadiyyat kimi əsas iqtisadi anlayışları öyrənəcək, bir çox suallarınızı cavablandıracaq
və digər maraqlı suallarla qarşılaşacaqsınız:
* Niyə bəzi iqtisadiyyatlar pul kimi kağız əskinaslardan, digərləri isə yüzlərlə kiloqram ağırlığında daş bloklardan istifadə edirlər?
* Nə üçün inflyasiya siyasəti diktatura ilə bitir?
* Nəyə görə iqtisadçı “Açıq danışsam, siz dediklərimi səhv başa düşə bilərsiniz” deməlidir?
* Nə üçün bir iqtisadçı təhlükə altında olan heyvanları qorumaq üçün onları yeməyi təklif edir?
* Hökumət şirkətlərə ətraf mühiti çirkləndirmək icazəsini necə sata bilər?
Same category
comments6