XIX əsrdə yaşayıb-yaratmış Danimarka yazıçısı Hans Xristian Andersen həyatı – öz həyatını, başqalarının həyatını nağıllara köçürə bilib, nağıllaşdırıb. Bu nağılların dili yüyrəkdir, bütün hadisələr bir anda cərəyan edir, yüz illərin, bəlkə də, min illərin həqiqətləri bir cümləyə, bəzən isə bir ifadəyə sığır. Dil-dil, el-el hər aləmi gəzib-dolaşan nağılların qəhrəmanları ya xeyirin, ya da şərin nümayəndələridir, əksəriyyəti isə bu mübarizənin şahidləridir.
comments0
comments