“Azadlıq” düşündüyünüz kimi “sərhədsiz” olmaq demək deyil, əksinə, aydın və möhkəm sərhədlərə malik olmaq deməkdir.
Başqa sözlə desək, "yox" deyə bildiyiniz qədər azadlığınızı qoruyursunuz.
"Yox Deyə bilmək sənəti" sərhədlərinizi düzgün çəkərək özünüz üçün geniş bir azadlıq və özünə inam sahəsi yaratmağın incəlikləri ilə dolu həssas bələdçidir...
Məhsulun kodu:9789952387049
Janr:
Şəxsi inkişaf
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Səhifə sayı:
176
Dil:
Azərbaycan
Seriya:
Müdhiş Psixologiya
Метка:
Ekspress
şərhlər25
Kitab mənim üçün bir özünü inkişafdır. Mənə daha yaxşı başqalarını anlamaq, empatiya qurmaq və özümü inkişaf etdirmək üçün təşviq edir. Kitabı oxuduqca lazımi məqamda, yox deyə bilməyi öyrənmişəm.
Rəylərə güvənib almışdım. Tərifə laiq kitab imiş. Bəyəndim!
Mən çox kitab alıram ümid edirəm endirim promokodu düşər mənə,lazımlı))
Ümid edirəm məndə bəyənərəm
Yorumlara baxdım təriflənib
Oxuyub qiymət verərik inşəAllah
Çatdırılmanı bəyəndim
Mən bu kitabın çox faydasını gördüm, oxumağı düşünən hər kəsə tövsiyə edirəm. Sizində faydasını görəcəyindən əminəm. Var olun Ali və Nino ❤️.
Kitabı diqqətlə, hətta qeyd götürərək oxuyuram. Çalışıram oxuduqca öz üzərimdə də tətbiq edim. Onu deyim ki, həqiqətən oxumağa dəyər. Oxuyan hər kəsin faydasını görəcəyindən əminəm.
Mükəmməl kitabdır!! Problemsiz və səliqəli formada çatdırdığınıza görə də təşəkkür edirəm.
Bu kitabı oxumağa dəyər. Şəxsən mən bu kitabı oxuduqdan sonra özümdə dəyişiklikləri hiss edə bilirəm. Sizə də tövsiyə edirəm.
Kitabin tercumesini beyendim. Oxucunu yormur.
Həqiqətəndə yox deyə bilmək haqqında yazılmış mükəmməl kitabdır. Bu kitabı oxumaq mənim üçün çox faydalı oldu.
Oxuduqca doğru bildiyim yanlışlarımı düzəltdim. Məsləhətli kitabdır.
Hər kəsə şiddətlə tövsiyə edirəm, mütləq oxunulası kitablardan biridir.
Bu kitabı hər kəsə tövsiyə edirəm, mütləq oxumaq lazımdır.
Bu kitabi oxumayanlar cox seyi qacirdiblar. Cox faydali kitabdir. Ozunu inkisaf movzusunda yazilmis kitablari men cox oxuyam. Amma bu kitab daha da maraqli oldu.
Çox şanslıyam ki, belə bir kitab oxudum. 👍👍👍
Hər kəsin oxumalı olduğu kitablardan biridir.
Nə yaxşı ki, oxumuşamm. Mükəmməl kitabdır.
Kitabı oxuyannan sonra ozumde cox deyisiklik hiss eledim. Dusuncelerim tam ferqli olub. Oxumaga deyer
Kitab insanların "yox" deməyi, sərhədlərini qorumağı və öz rifahı ilə maraqlanmağı necə öyrənə biləcəyini vurğulayan mühüm mənbədir. Lazım gəldikdə “yox” deməyin əhəmiyyəti çox aydın və sadə dildə izah edilib. Hər kəsə tövsiyə edirəm 👍👍.
Kitab insan psixologiyasını anlamaq və başqaları ilə münasibətlərdə effektiv ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün mühüm bələdçidir. Müəllif neqativ halların öhdəsindən gəlməyə, sərhədləri təyin etməyə və öz daxili dünyamızı dərk etməyə dərindən nəzər salmağı təklif edir. Kitab şəxsi inkişaf və sağlam ünsiyyət haqqında məlumatlılığın artırılmasında dəyərli mənbə kimi seçilir. İnsan psixologiyası və emosional zəka ilə maraqlananlar üçün ruhlandırıcı oxu ola bilər.
Очень хорошая книга!
Kitabın adı birdə haqqında yazdığınız məlumat maraqlı gəldi mənə. Oxumaq istəyəedim. Çap olsun alıb oxuyacam mütləq.
şərhlər25