Milad bayramı ərəfəsində bir falçı istedadlı London ətriyyatçısı Alisaya tezliklə uzaq yola çıxacağını, keçmişdəki bütün sirli qapıların açılacağını və sonda taleyinin kişisi ilə qarşılaşacağını söyləyir. Falçı qadının söylədiyindən narahat olan qız, nəhayət ki, yola çıxmaq qərarına gəlir. Dostları onu bu fikrindən daşındırmağa çalışırlar. Lakin Alisanın rəssam emalatxanası üçün əlverişli və işıqlı olan evini hər vəchlə ələ keçirməyə çalışan qonşusu – İtan Daldri adlı rəssam qıza bu səyahətə birlikdə çıxmağı təklif edir. İtanla yola çıxan Alisa onu qarşıda nə gözləyəcəyini belə bilmədən Türkiyənin İstanbul şəhərinə yollanır.
Məhsulun kodu:9789952365351
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Mark Levi
Səhifə sayı:
304
Dil:
Azərbaycan
Метка:
Ekspress
şərhlər3
Bu roman məni həqiqətən həyəcanlandırdı. Oxumaq mənim üçün bir səfər oldu. Oxuduqca özümü başqa dünya da hiss etdim.
Bu romanı təsadüfən tapdım və əsla peşman olmadım! Ən möhtəşəm kitabımdan biri oldu.
Mark Levinin əsərləri müstəqil düşünməyə və fərqli fikirləri ehtiva etməyə kömək edir. Onun kitabları həmişə müdafiə edici və məzmunu zəngin olur.
şərhlər3