Osmanlılar Avropada ayaq basdıqları son sərhədin Vyana olmasına baxmayaraq, Asiya, Afrika və Avropa qitəsində hüdudu 20 milyon kvadrat kilometri keçən böyük bir mülkün sahibi olmuşdular. 600 ildən çox çəkən hakimiyyətləri dünya tarixinin əhəmiyyətli səhifələri olaraq yaddaşlara həkk olunub. Bu zaman çərçivəsində eyni sülalədən olan 36 padşah hökm sürüb. Yaradıcısı Sultan Osman Qazidən sonuncu padşah VI Məhməd Vəhdəddinə qədər kimisi cəmi 97 gün, kimisi də uzun zaman – 46 il hakimiyyətdə qalmış bu sultanların tarixi sözün həqiqi mənasında çox maraqlı və bir o qədər də ibrətvericidir. “Osmanlı Sultanları” adlı bu araşdırma Anadolu Səlcuqlu sultanlarının tarixindən bəhs edən “Anadolu Səlcuqlu Sultanları” adlı kitabın davamı sayıla bilər.
Код товара:2000050977961
Жанр:
Tarix
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Ahmet Efe
Количество страниц:
352
язык:
Азербайджанский
Метка:
Ekspress
комментарии6
Kitabın tarixi məzmunu məni həqiqətən təsir etdi. Tarixi hadisələrin arxasında olan insan həyatlarını və qərarlarını daha yaxından anlamaq imkanı verdi
Kitab məni müxtəlif mədəniyyətlərin və tarixi şəxsiyyətlərin zənginlikləri ilə tanış etdi. Hər bir səhifə mənim üçün yeni bir dünya açdı.
Xidmətinizdən razı qaldım, peşəkarcasına çalışırsınız.
Mən tarix müəllimiyəm. Kitab xoşuma gəldi, bütün həmkarlarıma həmçinin maraqlı olan hər kəsə tövsiyə edirəm.
Osmanlı sultanları haqqında yazılmış ən maraqlı və vacib kitablardan biridir. Hər bir sultan haqqında ətraflı məlumatlar qeyd olunub. Bəyənərək oxuyuram.
Uzun illərdir ki, Osmanlı tarixini araşdırmaqla, öyrənməklə məşğulam. Bu seryadan olan bütün kitablarınızı böyük maraqla alıb oxuyuram. Növbəti kitabları səbirsizliklə gözləyirəm. Minnəttaram sizə, alinino.
комментарии6