“Şahzadə və dilənçi” romanı iki damcı su kimi bir-birinə bənzəyən oğlanların – ingilis şahzadəsi Eduard Tyudorun və balaca dilənçi Tom Kentin qeyri-adi taleyi haqqında qəribə bir macəradır. Təsadüf nəticəsində bu oğlanlar rollarını dəyişirlər. Dilənçi oğlan kral, kral isə dilənçi olur. Bu zaman bir tərəfdən nağıl, digər tərəfdən isə tarixi pamfletdir. Bəzi ədəbiyyatşünasların fikrincə, roman cəmiyyətdə ədalətsizliyi satirik şəkildə ifşa etmək məqsədilə yazılmışdır.
“Şahzadə və dilənçi” romanının oxumaqla hədsiz zövq alacaq, mənəvi dünyanızı zənginləşdirəcəksiniz.
Məhsulun kodu:2001128664639
Janr:
Uşaq ədəbiyyatı
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Mark Tven
Səhifə sayı:
192
Dil:
Azərbaycan
Seriya:
Dünya Uşaq Ədəbiyyatı
Метка:
Ekspress
şərhlər4
Mark Tven, əsərlərində uşaqların sadə gözelliyini və doqquzuncu əsr Amerikasının təbiətini təsvir edərək oxuculara öz dövrünün ruhunu yaşadaraq göstərir.
"Şahzadə və dilənçi” Tvenin tarix və sosial sinif fərqləri ilə bağlı ən mühüm əsəridir.
Mark Tvenin əsərləri təkcə öz dövrü üçün deyil, həm də sonrakı nəsillər üçün mühüm ədəbi irs yaradıb. Onun yazıları Amerika mədəniyyəti və tarixinə qalıcı təsir bağışlamışdır.
Çox maraqlı kitabdır. Həm böyüklər həm balacalara tövsiyə edirəm. Bu kitabı hamı oxumalıdır💖
şərhlər4