www.alinino.az internet mağazasına xoş gəlmisiniz!
Sifarişləri Bakıya, regionlara və dünya ölkələrinə çatdırırıq!
Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur.
.
Kitabda oxucuların çox bəyəndiyi “Həyat eşqi”, “Boz qurd”, “Meksikalı” və “Tonqal” hekayələri
toplanıb.
Oxunaqlı dildə qələmə alınan bu hekayələrdə sadə insanların əzmindən və cəsarətindən söz açılır.
Hər dörd hekayənin bir ana xətti var: yaşamaq uğrunda mübarizə, təbiətlə mübarizə, cəmiyyətlə mübarizə, özünlə mübarizə...
Bu mənada “Həyat eşqi” xüsusilə seçilir. Kanadanın donmuş tundrasında qızıl axtaran iki nəfər geri qayıdarkən aclıq onları əldən salır. Tərs kimi birinin ayağı burxulur, yeriyə bilmir. Yoldaşı isə onu atıb gedir. Əlbəttə, qəhrəman ölümə məhkumdur. Amma... Oxucunu həyəcanda saxlayan bu cür ekstremal xətt hekayələrin hamısı üçün xarakterikdir. Hekayələr həm yeniyetmələr, həm də böyüklər üçün maraqlıdır.
Yanaşı məhsullar
Oxşar məhsullar
Kateqoriyadan məhsullar
şərhlər46