Azərbaycan poeziyyasında və ədəbiyyatında önəmli yerlərdən birini tutan Səməd Vurğunun şeirləri illərdir ki sevgisini itirmir.
Azərbaycanın ilk xalq şairi, şeirləri haradasa bir əsrə yaxın dövrdə dillər əzbəri olan, əsərləri ilə ana dilimizin inkişafına öz danılmaz töhfələrini verən Səməd Vurğunun adı və poetik dünyası yüz illər sonra da yaşayacaq. “Qanun” nəşriyyatının yeni layihəsi “Azərbaycan poeziyası seçmə şeirlər” adlanır. Sizə təqdim etdiyimiz bu kitaba şairin müxtəlif illərdə qələmə aldığı və oxucular tərəfindən maraqla qarşılanan poetik nümunələri toplanıb.
Kitabdakı şeirlər Aslan Salmansoyun tərtib etdiyi və redaktoru olduğu S. Vurğunun “Seçilmiş əsərlərindən” götürülüb.
Код товара:9789952384079
Жанр:
Poeziya
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Bərk
Автор:
Səməd Vurğun
Количество страниц:
368
язык:
Азербайджанский
Серия:
Azərbaycan poeziyası
Метка:
Ekspress
комментарии18
Tək kəlmə ilə möhtəşəm.
Bu seriyadan ibarət olan kitabların hamısını almışam, yeniləri satışa çıxdıqca onları da alacam. Hər biri də çox qiymətli şairlərimizin şeirləridir. Məhz buna görə sizə xüsusi təşəkkür edirəm.
Hər zaman şeirlərini sevərək oxuyuram. Səməd Vurğunun şeirlərinin hər biri qiymətli xəzinəyə bərabərdir.
Unudulmaz şairimiz, şeirlərini, əsərlərini sevərək, hiss edərək oxuyuram.
Səməd Vurğunun şeirləri Azərbaycan ədəbiyyatına miras qoyub getdiyi ən dəyərli sərvətdir. İllər ötdükcə bu kitabları yenidən çap etmək lazımdır ki, yeni gələn nəsllərdə dahi şəxsiyyəti tanısın.
Uşaqlıqdan bəri şeirlərini sevərək, həvəslə oxuduğum şairim.
Şeirlərini sevərək oxuduğum, unudulmaz şairimiz Səməd Vurğun.
Dahi şairimiz ... 👍❤️
Qaynatam Azərbaycan poeziyasının vurğunudur. Bu kitabı ona bağışladım. Çox şad oldu.
Çox qiymətli kitabdır
Səməd Vurğunun şeirlərindən ibarət kitabı görəndə çox sevindim. Onun hər bir şeiri dillər əzbəridir. Təkrar bu şeirləri oxumaq mənə xoş təəssürat bağışlayır.
Azərbaybacan poeziyasının dahi şəxsiyyətlərindən olan Səməd Vurğunun kitabını gördümsə mütləq almalıb oxumalı idim. Zakaz verdim, kitabı cəmi bir iş günü ərzində qeyd elədiyim ünvana gətirdilər.
Seməd Vurğunun "Nələr çəkmiş başın senin, bilinməyir yaşın senin" misrası şairin ən təsirli deyimdir mənə görə.
Səməd Vurğunun əsərləri hər zaman məni xoşbəxt edir. Onun şeirlərini, romanlarını təkrar təkrar, hiss edərək oxuyuram.
Artıq yaşlanmışıq günümüzün çox vaxtını kitab oxumaqla keçiririk. Nə yaxşı ki, ölkəmizdə belə bir onlayn satış var. Oxumaq istədiyim müxtəlif kitabları sifariş verirəm. Çox keçmədən kitablarım əlimə çatır. Dahi şair Səməd Vurğunun bu kitabını da sizdən almışam. Kitab barəsində fikir söyləməyə ehtiyac yoxdur məncə. Ölməz şairimizin adı gələndə hər şey bəlli olur.
Asude vaxtimda evezsiz sairimizin eserlerini,seirlerini oxumaq her zaman meni menevi olaraq dinceldib❤👍❤
Ölməz şair,ölməz əsər📚📕❤👍😍
Dahi şairimiz Səməd Vurğunun şeirlərini uşaqlıqdan bəri sevərək öyrənmişəm.Hər bir əsərinin qəlbimdə ayrı yeri var.Bu kitabda isə şairin ənn çox sevdiyim əsərləri,şeirləri toplanıb.Hər kəsə tövsiyyə edirəm
комментарии18