Добро пожаловать в интернет-магазин www.alinino.az!
Доставляем заказы в Баку, регионы Азербайджана и страны мира!
Доставляем заказы в Баку, регионы Азербайджана и страны мира!
При заказе от 30 манат, доставка по Баку бесплатно.
.
“Uzaq adamlar” bədii intonasiya etibarilə şeir-romandır.
Bu hansısa tanış əhvalı, qoxunu, səsi xatırladan
nostalji, atmosfer romanından nə vaxtsa ətraflı bəhs
etmək imkanım olsa, yaddaşın əsas reseptoru olan qoxuların\
ətirlərin üzərində xüsusi dayanacağıma inanıram.
Romanın mərkəzində bütün yönləri ilə insandır – bu gününü
idarəedən keçmişi, kağız gəmi kimi suya qərq olan
arzuları, təəssüf və təzadları, gerçəkləşən və doğrulmayan
gözləntiləri, təbəddülatları ilə həm hamıdan fərqli,
həm adidən adi – özünütəsdiq və sınaq ideyasının daşıyıcısı
olan yad adam. İnsanın mahiyyəti və emosional
təbiətinin dərinliyinə xüsusi vurğusu ilə seçilən “Uzaq
adamlar” varlığın unikallığının fərqində olan, özünə
yaxınlaşdıqca hamıya yadlaşan, uzaqlaşan insanın yaxından
müşahidələri, ekzistensial ağrı və təlaşlarıdır...
Mətanət Vahid
(Ədəbiyyatşünas, esseist,
filologiya üzrə fəlsəfə doktoru)
Сопутствующие товары
Похожие товары
Товары из категории
комментарии13