Pol Osterin "4321" romanı Arçi Ferquson adlı gəncin dörd müxtəlif həyatından bəhs edir. Xırda təsadüfləri doğan və istiqamətləndirilən dörd paralel həyat... Hər birində müxtəlif sevgilər və dostluqlar, müxtəlif şəhərlər və məktəblər, müxtəlif ixtisaslar və məşğuliyyətlər, müxtəlif hadisələr və onlardan doğan sevinc-kədər... Əsərin qəhrəmanı qaradərili əhalinin hüquqları uğrunda mübarizənin, Vyetnam müharibəsi əleyhinə hərəkatın, Kolumbiya universitetində tələbə etirazlarının və 1950-60-cı illərdə ABŞ-da baş verən digər önəmli tarixi hadisələrin iştirakçısı və ya şahididir. Buna görə roman Birləşmiş Ştatları daha yaxından tanımaq baxımından əhəmiyyətlidir. Avtobioqrafik çalarların da yer aldığı əsərdə baş qəhrəmanın mənsub olduğu yəhudi xalqının dünyagörüşü, özəlliyi, adət və ənənələri də işıqlandırılır. Orijinal düşünülmüş və bacarıqla qələmə alınmış “4321” romanı 2017-ci ildə Buker mükafatının şort-listinə daxil edilib.
Код товара:9789952382969
Жанр:
Roman
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Pol Oster
Количество страниц:
656
язык:
Азербайджанский
Метка:
Ekspress
комментарии2
Kitabı iki günə bitirdim, həddindən çox maraqlı əsərdir. Kitabı əlimdən qoya bilmirdim.
Ötən gün bir tələbəm bağışlayib bu kitabı mənə. Çox maraqlı kitabdır. Təsəvvür edin ki, bu gecə gec saatlara qədər gözümə yuxu getmədi. Roman məni özünə elə cəlb etdi ki, səhərə kimi oxuyub sonunu bilmək istəyirdim.
комментарии2