Добро пожаловать в интернет-магазин www.alinino.az!
Доставляем заказы в Баку, регионы Азербайджана и страны мира!
Доставляем заказы в Баку, регионы Азербайджана и страны мира!
При заказе от 30 манат, доставка по Баку бесплатно.
.
Çox-çox illər bundan qabaq, Tiflis şəhərində, dövlətli bir türk yaşayırdı. Allah ona çoxlu mal-dövlət vermişdi; lakin yeganə övladı olan qızı Mahü-Mehr onun üçün hər şeydən əziz idi. Göydəki ulduzlar gözəldir, lakin ulduzlardan yuxarıda yaşayan mələklər onlardan da gözəldir; beləcə də Mahü-Mehr Tiflis qızlarının hamısından gözəl idi. Tiflisdə Aşıq Qərib adlı bir yoxsul da yaşayırdı. Allah ona saf, təmiz bir ürəkdən və aşıqlıq istedadından başqa heç bir şey verməmişdi; o, toy məclislərində gəzib saz çalar, qədim Türküstan pəhləvanlarını təriflər, varlı və xoşbəxt adamları əyləndirərdi. Toylardan birində o, Mahü-Mehri gördü və onlar bir-birinə aşiq oldular. Qızın vüsalına çatmağa Aşıq Qəribin ümidi az idi, ona görə də o, üzünü qara buludlar örtmüş qış göyləri kimi tutqunlaşdı.
Сопутствующие товары
Похожие товары
Товары из категории
комментарии3