“Əli və Nino” nəşriyyatı məşhur İsveç yazıçısı Astrid Lindqrenin əsərlərindən ibarət kitab silsiləsini sizlərə təqdim edir. Bu seriya "Damda yaşayan Karlson" adlanır və onun müxtəlif macəralarını özündə cəmləyir. Lindqren öz əsərlərində bütün dünyadakı böyükləri və uşaqları ovsunlayan xoşbəxt və son dərəcə cəlbedici sehrli uşaq aləmi yaratmışdır. Bu dahi isveçli ədibin yaradıcılığı bir çox nüfuzlu mükafatlarla təltif olunmuşdur. A.Lindqrenin kitabları dünyanın 91 dilinə tərcümə olunmuş, 145 milyonu aşan tirajlarla satılmışdır. Əgər kürəyində pər və kiçik motor olan Karlsonun nə oyunlar açdığını bilmək istəyirsinizsə, mütləq onun haqqındakı kitabı oxuyun – burada Balaca və Karlson barədə bütün hekayətlər toplanıb. Karlson çoxmərtəbəli binanın damında yaşayır və şirni yemək, oyun oynamaq üçün uçaraq Balacanın evinə arabir qonaq gəlir. Onun əqidəsi belədir: “Hər şey şən və məzəli olmalıdır, yoxsa oyun oynamaram...”
Damda yaşayan Karlson (yumşaq cild)
Код товара:9789952383867
Жанр:
Macəra
Издательство:
Əli və Nino Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Astrid Lindqren
Количество страниц:
176
язык:
Азербайджанский
Метка:
Ekspress
комментарии17
Kitab oxumaq, uşağın dil biliklərini və sözlərinin zənginliyini artırır. Bunu mən öz uşağımda gördüm və sizə də tövsiyə edirəm.
Astrid Lindqrenin kitabını uşağımıza alarkən gözlədiyimizdən daha çox sevdik. Kitabın dili onun dil inkişafına çox yardım etdi və müəllifin işıqlı və əyləncəli təsvirləri onu hər bir səhifədə bağlayırdı.
Karlson bizim uşaqların ən sevimli qəhrəmanıdır.
Karlson hər zaman sevilən qəhrəmandır. Bir vaxtlar mənim indi de, qızımın ən sevdiyi personajdır.
Bu əsər, digər məşhur qəhrəman Karlsson ilə tanınır və ədəbiyyatda sadəcə sevimli bir personaj olaraq tanınır. Əladır.
Lindgrenin hər bir əsərində hümanizm və insan haqları mövzuları əsas məsələdir.
Əsər, superdir.
Lindqrenin əsərləri uşaqlara əsas dəyərlərdən, dostluqdan, dürüstlükdən və sevgidən bəhs etməklə tərbiyəvi rol oynayır.
Uşaq kitabları, təhlil gücünü artırmaq və müstəqil düşünməyi öyrətmək üçün əhəmiyyətli bir vasitədir.
Karlson, bir pilot kimi əyləncəli, sürətli bir evdə yaşayan və diqqət çəkməkdə bacarığa sahib bir personajdır.
Bir zamanlar mənim ən sevimli qəhrəman idi Karlson, indi də qızım sevərək, həvəslə oxuyur. Birlikdə oxuyanda isə daha maraqlı alınır. Hər kəsə tövsiyə edirəm 👍👍👍.
Uşağımın hər bir kitabı oxumasından sonra onun mütaliə bacarığının inkişaf etdiyini görmək mənim üçün çox maraqli idi. Kitablar, ona dünyanın müxtəlif tərəflərini tanımağı öyrətdi.
Damda yaşayan karlısonun bütün seriyadan olan kitabları varvbizim evdə. Uşaqlarım oxuyurlar gülməkdən doymurlar.
Karlson özünün müstəqil dünyasında yaşayır və uşaqları öz fantaziyalarına sürükləyir. Onun evi buludlardadır və onun təhlükəsiz macəraları uşaqlara müasir dünyadan qaçmaq imkanı təqdim edir. Bu kitablar sayəsində qızım TV-yə deyil kitablara marağını salıb. Təşəkkürlər.
Əli və nino nəşriyyatı sizə minnəttaram. Bizim balacara maraqlı kitablar təqdim edirsiniz. Qızımla oğluma almışam bu kitabı. Karlsonu çox sevirlər. Gecələr oxuyuram uşaqlarıma gülüməkdən doymurlar. Nə yaxşı belə saytınız var. ❤❤
Həddindən çox maraqlı kitabdır.Oxuduqca adamın üzündə gülüş yaranır.Hər dəfə qızım ürəkdən güləndə bilirəm o,Damda yaşayan Karlsonu oxuyur.Qeyri-adi aurası olan bu kitabı sevməmək mümkün deyil👍👍👍
Damda yaşayan Karlson kitabını görəndə uşaqlıq illərim yadıma düşdü.Böyük həvəslə Karlson cizgi filminə baxırdıq.İndi isə bu kitabı oğluma almışam.Onun da çox xoşuna gədi.Hər gün sevə-sevə bu kitabı oxuyur
комментарии17