Bu kitab ədəbiyyatımızın ən məşhur və qalmaqallı əsərlərindən biridir. Dünyanın 33 dilinə tərcümə olunub və 66 ölkədə nəşr edilib. Əksər avropa ölkələrində ƏSRİN ROMANI kimi dəyərləndirilib.
Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə "tərəqqi etmiş" Qərb və "geridə qalmış" Şərqin qovuşduğu Bakıdır.
Tarixin təlatümlü hadisələri fonunda Müsəlman Əli və Xristian Ninonun məhəbbət hekayəsi heç bir oxucunu laqeyd qoymayacaq.
"Cəlbedici və gözəl tarixdir... Canlı baxış, mədəniyyətlərin toqquşması və ölməz məhəbbət" The Times
"Ölməz şedevr... Bədii ədəbiyyatda buna oxşar heç bir məhəbbət tarixiniz xatırlaya bilmirəm". The Washington Post
Код товара:2000023427967
Жанр:
Roman
Издательство:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Переплёт:
Твердый
Автор:
Qurban Səid
Количество страниц:
350
язык:
Азербайджанский
Метка:
Bestseller, Ekspress
комментарии9
Sevgi romanı demək, bu əsəri tanımlamaq üçün kifayət deyil. Bu, sevgi ilə dolu bir təcrübə idi.
Bu romanı bitirdikdə təsadüfən, yaşadığım romantik hisslərlə dolu oldum. Gözəl bir əsərdir! Hər kəsə oxumağı tövsiyə edirəmb!.
Əli və Nino romanının bu cildini oxumuşam mən. Amma bacım və rəfiqəm digər cildlərdə olanını oxuyublar. Roman özü hər dildə maraqlıdır. Kitablarında hər cildi uğurlu alınıb. Üz qabığı, tərtibadı əladır. Hiss olunurki, böyük əməyin nəticədidir.
Bu kitabı oxuyarkən həqiqətən zamanı unutdum. Hekayə o qədər çox mənə yaxın gəldi ki, özümü orada tapdım. Mənə həyatımda böyük bir təsir qoydu. Çox gözəl!"
Çoxdan oxumuşdum bu əsəri amma özümdə yox idi kitab. Yenidən oxumaq üçün sifariş etdim. Hər kəsin kitab rəfində olmalı kitabdır. Hər kəsə tövsiyə edirəm.
Azərbaycan ədəbiyyatının ən böyük romanı.
Salam. Bildiyim qədəri ilə bu əsərin Azərbaycan dilinə popular olan iki tərcüməsi var: Vəzirov qardaşlarının (türkcədən) və Mirzə Xəzərin (almancadan). Bu kitab kimin tərcüməsidir? Əvvəlcədən təşəkkürlər.
Bir-birinə könül bağlayan 2 gəncin qovuşmaq üçün heç bir məhdudiyyətə boyun əymədiklərini göstərən möhtəşəm romantik kitablardan. Kimisə həddindən çox sevdiyinizi və dəyər verdiyinizi düşünürsünüzsə bu kitabı oxuduqdan sonra bu barədə bir də düşünməli olacaqsınız.
Добрый день, могли бы Вы подсказать, эта книга на азербайджанском или на турецком языке? Спасибо!!!
Dükanın cavabı: Добрый день. На Азербайджанском языке.
комментарии9