"P.S. Mən səni sevirəm" bestselleri sevginin ölümdən güclü olması haqqında müasir bir hekayətdir.Sevimli ərini itirən 30 yaşlı Holli Kennedi ümidsizliyə qapılır, evdən çıxmır,hamı ilə əlaqəni kəsir.Və qəfildən içi məktublarla dolu bir baglama alır:bu məktubları bir-bir,həmdə ayda cəmi birini açmaq olar,özü də onları yoxlugundan bu qədər əzab çəkdiyi insan yazıb...Sən demə ölümündən bir qədər əvvəl o,sevdiyi qadına kömək etmək qərarına gəlib və bu məktubları yazıb.Növbəti məktubu açmaq üçün qadın hər ayın birini böyük səbirsizliklə gözləyir, orda yazılanlara ciddi şəkildə əməl edib onu həyata qaytaran addımlar atır:özünə təzə paltar alır,karaoke müsabiqəsində iştirak edir,dəniz sahilinə tətilə gedir.
Код товара:2000923376013
Жанр:
Roman
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Мягкий
Автор:
Cecilia Ahern
Количество страниц:
464
язык:
Азербайджанский
Метка:
Ekspress
комментарии8
Əsəri o qədər bəyəndim ki, oxuduqca yaşadığım hissləri hansı sözlər ilə ifadə edim bilmirəm. Sevginin bu qədər güclü təsvir olunduğu başqa bir əsər oxumamışam. Həqiqətən oxumağa dəyər. 👍❤️♥️👍
Çox maraqlı və təsirli sevgi romanıdır. Qəhrəmanların hissləri o qədər güclü təsvir olunub ki, oxuduqca bunu hiss etməmək mümkün deyil. 👍👍👍👍👍❤️❤️❤️❤️
Son zamanlarda oxuduğum ən maraqlı, ən canlı, ən mükəmməl sevgi romanlarından biri bəlkə də birincisidir. ♥️♥️♥️♥️♥️
Bu sevgi romanı məni tamamilə özünə cəlb etdi. Müəllifin eşqin təsvirləri və hekayənin dərinliyi məni hər səhifədə daha da təsir etdi. Ən maraqlı kitabdır.
Ölümün belə ayıra bilmədiyi biri-birini dəlicəsinə sevən iki aşiqin məhəbbət hekayəsidir. Nəfəs-nəfəsə oxudum mən. Qadının ərinə olan sevgisi əsl sevginin var olduğuna inandırdı məni.
Sevgi romanı məni həqiqətən də hisslərimə dəyər verməyi, onları anlamağı öyrətdi. Həyatda ən vacib olanları dəyərləndirmək üçün məni düşündürdü. Bu təsirli romanı hər kəsə tövsiyə edirəm..
Heyrətamiz sevgi romandır. Belə sevgilərin qarşısında sadəcə baş əyirəm.
Romantik məhəbbət hekayəsidir. Qadının dünyasını dəyişmiş ərinə olan sevgisi gözlərimi yaşartdı.
комментарии8